SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatının növbəti oyunları keçirilib

Dünya çempionatının növbəti oyunları keçirilib

İdman

07.06.2026, 21:36

Çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyunları keçirilib.

Bu barədə Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Türkiyə və Polşa milli komandaları arasında baş tutan görüş Polşa millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Günün sonunda isə Nigeriya və Uruqvay milli komandaları qarşılaşıb, Uruqvay millisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

Beləliklə, Polşa və Uruqvay milli komandaları turnirdə ilk qələbələrini qazanıb.

Qeyd edək ki, Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının ilk oyununda Azərbaycan millisi 4:2 hesabı ilə Özbəkistanı məğlub edib.

Dİgər xəbərlər