SON XƏBƏRLƏR
-
13.06.2026, 23:20
İdmanAOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
-
12.06.2026, 15:21
İdmanAvarçəkənimiz Avropa çempionu olub
-
12.06.2026, 13:54
İdman"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
-
12.06.2026, 13:22
MOKAOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
-
12.06.2026, 12:59
İdmanDÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
-
12.06.2026, 11:46
İdmanRövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
-
12.06.2026, 11:10
İdmanSumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
-
12.06.2026, 10:53
İdmanKişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
-
12.06.2026, 09:36
İdmanDünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
-
12.06.2026, 08:57
İdmanStolüstü tennis üzrə Liqa turniri başa çatıb
-
12.06.2026, 01:28
İdmanMeksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
-
12.06.2026, 00:11
İdmanMourinyo yenidən "Real"da
-
11.06.2026, 22:59
GündəmDünya çempionatının açılış mərasimi keçirilib
-
11.06.2026, 22:19
İdmanBasketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
-
11.06.2026, 14:45
İdmanMəktəblilərin Respublika İdman Olimpiadasına start verilir
-
11.06.2026, 10:00
GündəmSevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
-
09.06.2026, 17:38
GündəmAzərbaycan boks tarixində ilk
-
09.06.2026, 12:50
MOKMOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
-
09.06.2026, 11:53
İdman"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
-
09.06.2026, 10:28
İdmanMillimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
-
08.06.2026, 22:24
GündəmOlimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
-
08.06.2026, 19:52
İdmanAMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
-
08.06.2026, 19:49
İdmanŞahmatçımızdan uğurlu başlanğıc
-
08.06.2026, 19:17
İdmanMPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
-
08.06.2026, 19:08
İdmanAzərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
-
08.06.2026, 18:17
İdmanQəhrəmanlıq tariximizə şərəf qatanlar
-
08.06.2026, 16:28
İdmanAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
-
08.06.2026, 15:57
İdmanAzərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
-
08.06.2026, 15:38
İdmanAzərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
-
08.06.2026, 15:28
İdmanAzərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
-
08.06.2026, 13:30
İdmanMillimizin baş məşqçisi Vyetnamda təlim keçib
-
08.06.2026, 12:36
İdmanMəşqçilər üçün seminar təşkil edilib
-
08.06.2026, 11:50
İdmanAzərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
08.06.2026, 11:42
İdmanHelsinborqda bürünc medal
“Bir cüdo əfsanəsi”
İdman
01.06.2023, 17:04
İyunun 1-də paytaxtın tanınmış ictimai məkanlarından olan "Mangal Steak House - Bayıl” restoranının "Bakı” zalında "Azman Holdinq”in təşkilatçılığı ilə Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş "Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib.
İdeyası Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, "Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus olan kitabın müəllifi Əməkdar jurnalist Elşən Əliyev, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, redaktoru Əməkdar jurnalist Yusif Rzayevdir. Kitab "CBS polygraphic production” mətbəəsində yüksək poliqrafik keyfiyyətlə 500 nüsxə tirajla çap olunub. Onu da qeyd edək ki, "Bir cüdo əfsanəsi” "Azman Holdinq”in dəstəyi ilə işıq üzü görən ikinci kitabdır. Bundan əvvəl şirkətin hərtərəfli dəstəyi ilə şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat və döyüş yolundan bəhs edən "Murov qartalı” kitabı nəşr olunub.
Tədbiri "Azman Holdinq”in Media və ictimaiyyətlə əlaqələr üzrə meneceri Xanlar Məmmədov açaraq kitabın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində və Heydər Əliyev İlində nəşr edilməsinin əlamətdar olduğunu vurğulayıb. Ulu Öndərin Azərbaycanda idmana və idmançılara daim diqqət və qayğı göstərdiyi minnətdarlıq hissi ilə xatırlanıb, respublikamızda cüdo idman növünün də məhz onun siyasi hakimiyyətdə olduğu dövrdə yarandığı bildirilib. Diqqətə çatdırılıb ki, ötən il Azərbaycanda cüdonun kütləvi idman növü kimi təşəkkül tapmasının 50-ci ildönümünün qeyd olunduğu vaxtda Tərlan Həsənovun da 80 illik yubileyi keçirilib.Görkəmli müəllim-məşqçinin Azərbaycan idmanının inkişafındakı xidmətlərini Prezident İlham Əliyev yüksək qiymətləndirib, onu "Şöhrət” ordeninə layiq görüb.
Qeyd olunub ki, Tərlan Həsənov ölkəmizdə cüdo üzrə müəllimlərin müəllimi hesab edilir. Nəşrin ideya müəllifi, özü də Tərlan müəllimin yetirməsi olan Azər Əsgərov kitaba yazdığı ön sözdə ustadını Azərbaycanda cüdonun canlı əfsanəi adlandıraraq, onun yaratdığı məktəbin ənənlərini yaşatmağın və nəsillərdən-nəsillərə ötürməyin vacibliyini göstərib.
Təqdimat mərasimində çıxış edən müəllif Elşən Əliyevdeyib ki, Tərlan Həsənovun ömür yolu və idman karyerası indiki və gələcək nəsillər üçün örnəkdir. Tərlan müəllimin kitabın təkcə qəhrəmanı deyil, həm də əsas müəllifi olduğunu vurğulayan müəllif onun fenomenal yaddaş sahibi kimi səciyyələndirib, bunun yaradıcılıq prosesini əhəmiyyətli dərəcədə asanlaşdırdığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Adil Əliyev, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Tərlan Həsənovun yetirmələri – tanınmış idman xadimləri Ağayar Axundzadə, Elçin İsmayılov, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Tərlan Eyvazov və başqaları çıxış edərək, kitabın qəhrəmanı haqqında xatirələrini bölüşüb, onun və yetirmələrinin ölkəmizin ictimai və idman həyatında fəal rolundan bəhs edib, belə dəyərli bir kitabın hazırlanmasında xidməti olanlara təşəkkür bildiriblər.
Tədqimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin, Azərbaycan Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, Tərlan Həsənovun yetirmələri və ailə üzvləri iştirak ediblər.