SON XƏBƏRLƏR
-
Bugün, 11:53
İdman"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
-
Bugün, 10:28
İdmanMillimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
-
08.06.2026, 22:24
GündəmOlimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
-
08.06.2026, 19:52
İdmanAMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
-
08.06.2026, 19:49
İdmanŞahmatçımızdan uğurlu başlanğıc
-
08.06.2026, 19:17
İdmanMPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
-
08.06.2026, 19:08
İdmanAzərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
-
08.06.2026, 18:17
İdmanQəhrəmanlıq tariximizə şərəf qatanlar
-
08.06.2026, 16:28
İdmanAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
-
08.06.2026, 15:57
İdmanAzərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
-
08.06.2026, 15:38
İdmanAzərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
-
08.06.2026, 15:28
İdmanAzərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
-
08.06.2026, 13:30
İdmanMillimizin baş məşqçisi Vyetnamda təlim keçib
-
08.06.2026, 12:36
İdmanMəşqçilər üçün seminar təşkil edilib
-
08.06.2026, 11:50
İdmanAzərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
08.06.2026, 11:42
İdmanHelsinborqda bürünc medal
-
08.06.2026, 10:12
İdmanBakıda keçirilən beynəlxalq tennis turniri başa çatıb
-
08.06.2026, 01:59
İdmanMonako Qran-prisinin qalibi müəyyənləşdi
-
08.06.2026, 01:21
İdmanDünya Kubokunda dördüncü yer
-
08.06.2026, 00:58
İdmanAzərbaycanın minifutbol millisi azarkeşlərlə görüşüb
-
07.06.2026, 23:30
İdmanOlimpiya mükafatçımız Romada medalçılar sırasında yer aldı
-
07.06.2026, 23:25
İdmanParataekvondoçularımız "Prezident Kuboku"nda üç medal qazanıblar
-
07.06.2026, 21:54
İdmanSOCAR minifutbol komandası III Dünya Korporativ Oyunlarının qalibi olub
-
07.06.2026, 21:36
İdmanDünya çempionatının növbəti oyunları keçirilib
-
07.06.2026, 20:47
İdmanTallin sınağı üç medalla yadda qaldı
-
07.06.2026, 19:55
İdmanVoleybol yığmamız İsveçə də məğlub oldu
-
07.06.2026, 16:41
İdmanXatirə turnirinin qalibləri mükafatlandırılıb
-
07.06.2026, 16:25
FotoSu İdman Növləri Federasiyası “Classics & Supercars” avtomobil festivalında iştirak edib
-
07.06.2026, 13:19
İdmanMillimiz Lüksemburq və İrlandiya ilə oyunlara hazırlığa başlayıb
-
07.06.2026, 11:05
İdman3x3 basketbol millimizbDünya Kubokunda yarımfinal oyununa çıxır
-
07.06.2026, 10:46
İdmanKişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında ikinci görüşünə çıxır
-
07.06.2026, 10:07
İdmanQadın voleybolçulardan ibarət millimiz Avropa Liqasında Estoniya ilə qarşılaşacaq
-
07.06.2026, 00:45
İdmanAkrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
-
06.06.2026, 23:25
Olimpiya HərəkatıAzərbaycan cüdoçularından uğurlu başlanğıc
Millimizin hazırlıq prosesinə dair toplantı keçirilib
İdman
28.02.2023, 10:03
Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hazırlıq prosesinə dair toplantı keçirilib.
Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev yığmanın hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, məşqçilər və həkimlərlə görüşüb.
Toplantıda voleybolçuların Azərbaycan birinciliyindəki çıxışlarına və Avropa çempionatına hazırlıq prosesinə dair müzakirələr aparılıb.
Faiq Qarayev milli komandanın əksər oyunçularının ölkə xaricində çıxış etdiyini bildirib. Yığmanın hazırlıq prosesinin başlanmasına az vaxt qaldığını deyən təcrübəli mütəxəssis hazırda burada olan voleybolçuların fiziki formalarının yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb: "Ölkə xaricində olan qızlarımızla əlaqə saxlayırıq, onların oyunlarını da yaxından izləyirik. Bakıda olan oyunçularımızın da fiziki hazırlığının səviyyəsinin yüksəldilməsinə çalışmalıyıq. Bunun üçün indidən tam heyətlə olmasa da məşqlərə başlamağı düşünürük. May ayında isə qızlarımız hamısı ölkəyə qayıdanda məşqlərimizi daha ciddi keçəcəyik. Hazırlıq prosesi çərçivəsində təlimlər, turnirlər nəzərdə tuturuq. Məqsədimiz millinin üzvlərinin hamısının bir arada toplanacağı vaxt hər kəsin tam oyun formasında olmasıdır. Məşqçilərimiz və voleybolçularımızın üzərinə çox böyük vəzifə düşür. Həkimlərimiz hər zaman idmançılarla maraqlanmalıdır, çəki ilə bağlı problem və digər çətinliklər olmamalıdır. Qızlarımızın həm fiziki, həm də psixoloji cəhətdən güclü olmaları vacibdir".
Federasiya rəsmisi oyunçular arasında sağlam rəqabətə də diqqət çəkib: "Voleybolçularımız arasında sağlam rəqabət olmalıdır. Hər idmançı öz üzərində ciddi çalışmalıdır ki, millinin heyətində əsas 14-lükdə yer ala bilsin. Bütün bu sadalananlar olarsa, Avropa çempionatında uğurlu çıxış edə bilərik. Bu gün əsas məqsədimiz düzgün məşq qrafiki və oyunçuların fiziki hazırlıqlarının artırılmasıdır”.
Daha sonra məşqçilər, həkimlər və voleybolçular komandanın hazırlıq prosesi ilə bağlı öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu il 15 avqust - 3 sentyabrda Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Azərbaycan yığmasının yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandanın rəqibləri isə meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.