SON XƏBƏRLƏR
-
13.06.2026, 23:20
İdmanAOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
-
12.06.2026, 15:21
İdmanAvarçəkənimiz Avropa çempionu olub
-
12.06.2026, 13:54
İdman"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
-
12.06.2026, 13:22
MOKAOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
-
12.06.2026, 12:59
İdmanDÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
-
12.06.2026, 11:46
İdmanRövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
-
12.06.2026, 11:10
İdmanSumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
-
12.06.2026, 10:53
İdmanKişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
-
12.06.2026, 09:36
İdmanDünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
-
12.06.2026, 08:57
İdmanStolüstü tennis üzrə Liqa turniri başa çatıb
-
12.06.2026, 01:28
İdmanMeksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
-
12.06.2026, 00:11
İdmanMourinyo yenidən "Real"da
-
11.06.2026, 22:59
GündəmDünya çempionatının açılış mərasimi keçirilib
-
11.06.2026, 22:19
İdmanBasketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
-
11.06.2026, 14:45
İdmanMəktəblilərin Respublika İdman Olimpiadasına start verilir
-
11.06.2026, 10:00
GündəmSevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
-
09.06.2026, 17:38
GündəmAzərbaycan boks tarixində ilk
-
09.06.2026, 12:50
MOKMOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
-
09.06.2026, 11:53
İdman"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
-
09.06.2026, 10:28
İdmanMillimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
-
08.06.2026, 22:24
GündəmOlimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
-
08.06.2026, 19:52
İdmanAMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
-
08.06.2026, 19:49
İdmanŞahmatçımızdan uğurlu başlanğıc
-
08.06.2026, 19:17
İdmanMPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
-
08.06.2026, 19:08
İdmanAzərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
-
08.06.2026, 18:17
İdmanQəhrəmanlıq tariximizə şərəf qatanlar
-
08.06.2026, 16:28
İdmanAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
-
08.06.2026, 15:57
İdmanAzərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
-
08.06.2026, 15:38
İdmanAzərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
-
08.06.2026, 15:28
İdmanAzərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
-
08.06.2026, 13:30
İdmanMillimizin baş məşqçisi Vyetnamda təlim keçib
-
08.06.2026, 12:36
İdmanMəşqçilər üçün seminar təşkil edilib
-
08.06.2026, 11:50
İdmanAzərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
08.06.2026, 11:42
İdmanHelsinborqda bürünc medal
Qılıncoynadanımız Avropa çempionatında medalsız qaldı
İdman
22.02.2023, 09:34
Estoniyanın paytaxtı Tallin şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatına start verilib. Çempionatın ilk yarış günündə yeniyetmə qız sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Sablya üzrə yeniyetmə qızların şəxsi yarışında ölkəmizi Zərifə Hüseynova, Fidan Quliyeva, Fərəh Abbasova və Valentina Zeynalova təmsil ediblər. İki il əvvəl Misirin paytaxtı Qahirədə keçirilən yeniyetmə və gənclərin dünya çempionatında yeniyetmə qız sablyaçıların şəxsi yarışında bürünc medal qazanan Zərifə Hüseynova bu dəfə Avropa çempionatında eyni uğuru təkrarlamağa yaxın olsa da, yarımfinalın bir addımlığında məğlub olub.
Qrup mərhələsində 4 qələbəsi olan Z.Hüseynova pley-offda keçirdiyi ilk görüşdə estoniyalı Taissija Baburinaya 15:7 hesabı ilə qalib gələrək ən güclü 32-liyə yüksəlib. Ardınca isveçli Emma Ohmanı (15:8), rumıniyalı Aleksandra Mitrusu (15:9) mübarizədən kənarlaşdıran Z.Hüseynova ən güclü 8-liyə vəsiqə qazanıb. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə təmsilçimiz rumıniyalı rəqibi Anastasia Fuseaya 14:15 hesabı ilə uduzub.
Digər təmsilçilərimizdən Fidan Quliyeva (4 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Matilda Babandoya 15:12 hesabı ilə qalib gələn idmançımız növbəti görüşündə Rumıniya qılncoynadanı Rosamarie Benciuya (10:15) uduzub. Qrupda 3 qələbəsi olan Fərəh Abbasova ilk pley-off görüşündə Türkiyə sablyaçısı Damla Demirkola (13:15) məğlub olub. Valentina Zeynalova isə pley-offa yüksələ bilməyib.
Yarışın ilk günündə yeniyetmə şpaqaçı oğlanların şəxsi yarışında da mübarizəyə yekun vurulub. Bu növdə yeniyetmə oğlanlar arasında yeganə təmsilçimiz Mirxətai Məmmədov çıxışını qrup mərhələsində (2 qələbə) başa vurub.