XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Azərbaycan Premyer Liqası: “Qarabağ” liderliyini möhkəmləndirdi
İdman 22:01 / 04.12.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunlarına yekun vurulub. Turun son oyun günündə Ağdamın "Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika Stadionunda "Qəbələ”ni qəbul edib. Oyun "köhlən atlar”ın böyükhesablı qələbəsi ilə başa çatıb -3:0. "Qarabağ”ın heyətində qolları 7-ci dəqiqədə Hamidu Keyta, 65-ci dəqiqədə Nəriman Axundzadə və 90+2-ci dəqiqədə Olavio Juninyo vurub.

Qurban Qurbanovun komandası bu qələbədən sonra xallarının sayını 32-yə çatdıraraq ikinci pillədə qərarlaşan "Zirə”ni 4 xal qabaqlayır. Aktivində 11 xalı olan "Qəbələ” isə 9-cu pillədə qərarlaşıb.




20968 oxunub

InvestAZ