XƏBƏR LENTİ
21 İyul 2024
19 İyul 2024
17 İyul 2024
16 İyul 2024
15 İyul 2024
12 İyul 2024
11 İyul 2024
10 İyul 2024
09 İyul 2024
07 İyul 2024
04 İyul 2024
03 İyul 2024
02 İyul 2024



Beynəlxalq Atletlər Forumunda Azərbaycanı Rüstəm Orucov təmsil edəcək
İdman 16:34 / 29.09.2023

Oktyabrın 1-2-də İsveçrənin Lozanna şəhərində Beynəlxalq Atletlər Forumu keçiriləcək. Forumda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Atletlər Komissiyasının (AK) 400-dən çox nümayəndəsi iştirak edəcək.

Forumun açılış günü komissiyanın son işlərinin icmalı və onun yenilənmiş strategiyası müzakirə olunacaq. Forum iştirakçıları AK-nın idarə olunması ilə bağlı fikir mübadiləsi apararaq müxtəlif sessiyalarda iştirak edəcəklər.

Rusiya və ya Belarus pasportuna malik idmançıların beynəlxalq yarışlarda fərdi neytral idmançı kimi iştirakı ilə bağlı beynəlxalq federasiyalar və beynəlxalq idman tədbiri təşkilatçıları üçün BOK və AK tərəfindən təqdim olunan tövsiyələr də müzakirə ediləcək. Daha sonra idmançılara dəstək,Olimpiya Hərəkatının maliyyələşdirmə modeli və onları BOK vasitəsilə dəstəkləmək üçün mövcud proqramlar, o cümlədən Olimpiya Həmrəyliyi, Athlete 365 və Ümumdünya Olimpiya Tərəfdaşları tərəfindən təqdim olunan proqramlar da müzakirə olunacaq.

Forumun ikinci günündə qarşıdan gələn Olimpiya Oyunları haqqında müzakirələr aparılacaq, WADA və Beynəlxalq Test Agentliyinin nümayəndələri ilə təmiz idmanın əhəmiyyətini və rəqabət manipulyasiyasının qarşısının alınması haqqında geniş söhbət olacaq. İdmanda Korrupsiyaya Qarşı Beynəlxalq Tərəfdaşlıq (IPACS) məsələlərinə də toxunulacaq: bu, idmanda korrupsiyaya qarşı mübarizədə səyləri birləşdirmək üçün idman təşkilatlarını, hökumətləri və hökumətlərarası təşkilatları bir araya gətirən çoxtərəfli təşəbbüsdür.

Beynəlxalq Atletlər Formunda Azərbaycanı 2016 Rio-deJaneyro Yay Olimpiya Oyunlarının, ikiqat dünya çempionatının gümüş mükfatçısı, Avropa çempionu cüdoçu Rüstəm Orucov təmsil edəcək.


8405 oxunub

InvestAZ