XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



AFFA bəyanat yaydı
İdman 00:15 / 13.09.2023

AFFA Ermənistan və Xorvatiya yığmaları arasında oynanılmış AVRO-2024-ün seçmə mərhələsinin oyununda baş verən hadisə ilə bağlı bəyanat yayıb.

Həmin bəyanatı təqdim edirik:

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bildirir ki, 11 sentyabr 2023-cü il tarixində AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutmuş Ermənistan - Xorvatiya oyununun 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin "bayrağı"nı stadionun oyun keçirilən ərazisində nümayiş etdirilməsi böyük şiddətlə qınanılır və Ermənistan Futbol Federasiyasını bu cür əməllərin qarşısını almaq, o cümlədən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ləkə atan digər əməlləri önləmək, öz azarkeşlərini bu əməllərdən çəkindirmək məqsədi ilə tədbirlər görməsi tələb olunur.

Həmçinin bildiririk ki, ilk dəfə deyildir ki, sözügedən əməllər törədilir. Biz AFFA olaraq futboldan siyasi alət kimi istifadə olunmasına yönələn bütün növ hərəkətlərə qarşı UEFA və digər üstqurumlar qarşısında öz şikayətlərimizi bildiririk və bildirəcəyik. Sözügedən məsələ ilə bağlı UEFA-ya müraciət edərək qurumun ədalətli şəkildə qərar qəbul edəcəyinə ümid edirik.

Bir daha qeyd edirik ki, idman oyunları siyasi əməllərə alət edilməməlidir".


20913 oxunub

InvestAZ