XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Azərbaycan tennisçiləri Ermənistan komandasına qalib gəliblər
İdman 11:18 / 30.07.2023

Monteneqroda tennis üzrə "Davis Cup” turnirinə yekun vurulub. Mötəbər yarışın 4-cü qrupunda Azərbaycan millisi də mübarizə aparıb. Kənan Qasımov və Səfər Rəsulovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiya tennisçilərini məğlub edərək növbəti mərhələyə yüksəlib. Son olaraq komandamız Ermənistan millisi ilə qarşılaşıb. Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2, Kənan Qasımov isə 6:3 və 6:2 hesabları ilə məğlub edib. Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəlib. Ermənistan isə 4-cü qrupda qalıb.


27312 oxunub

InvestAZ