XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025



Bədii gimnastlar ölkə çempionatında bir araya gələcəklər
İdman 12:26 / 16.03.2023

Martın 24-25-də bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı keçiriləcək. Yarışda "Ocaq SportKlubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, "Grasiyaidman klubu, Zirə və Sumqayıt üzrə ümumilikdə 38 gimnast gücünü sınayacaq.

Milli Gimnastika Arenasında təşkil olunacaq çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər.

Fərdi gimnastlar arasında qaliblər ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip (gənclər) və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.


20567 oxunub

InvestAZ