XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Fərid Qayıbov gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb
İdman 10:53 / 15.03.2023

Gənclər və idman naziri Fərid Qayıbovun gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüşü olub. Görüşdə təmsil olunan təşkilatların fəaliyyət istiqamətləri, nazirliklə sıx əməkdaşlıq məsələləri, qarşılaşdıqları çətinliklər müzakirə edilib. Gənclərin ictimai fəallığının daha da artırılması, onların məşğulluq problemlərinin həlli, narkomaniya ilə mübarizə, erkən nikahların aradan qaldırılması və digər istiqamətlər üzrə layihələr barədə fikir mübadiləsi aparılıb.

Təşkilat rəhbərlərinin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov gənclər təşkilatlarının təkcə paytaxtda deyil, eyni zamanda regionlarda da fəallıqlarının artırılması, gənclərlə işin daha çox gənci əhatə etməli olduğunu qeyd edərək, bu sahədə müvafiq tövsiyələrini verib.

Görüşdə nazirliyin məsul əməkdaşları iştirak ediblər.


23020 oxunub

InvestAZ