XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Lider turu qələbə ilə başa vurdu
İdman 22:25 / 05.02.2023
Azərbaycan Basketbol Liqasında 16-cı turun oyunları keçirilib. Turun açılış oyunu "Sərhədçi” İdman Mərkəzində "AAAF Xırdalan” və "Sabah” basketbolçuları arasında keçirilib. Maraqlı mübarizə şəraitində keçən oyun "Sabah” basketbolçularının qələbəsi ilə yekunlaşıb -63:82.
Turun növbəti oyunu "Sərhədçi” İdman Mərkəzində "Sərhədçi” və "Neftçi” komandaları arasında təşkil olunub. Oyuna üstün başlayan "Sərhədçi" basketbolçuları yekunda 86:77 hesablı qələbə qazanıblar.
Turun sonuncu oyunu Şəki Olimpiya İdman Kompleksində təşkil olunub. Çempionatın lideri NTD "Olimpik Şəki”nin qonağı olub. Görüşə üstün başlayan NTD basketbolçuları yekunda 101-74 hesabı ilə qalib gəliblər.


23467 oxunub

InvestAZ