XƏBƏR LENTİ
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



“Shuttle Time Azerbaijan 2022” layihəsinə start verilib
İdman 10:03 / 27.11.2022

Badmintonla bağlı "Shuttle Time Azerbaijan 2022” layihəsinə start verilib. Layihənin ilk ünvanı Naxçıvan Muxtar Respublikası olub. İki gün ərzində keçirilən layihədə 80 nəfər məktəbli həyatında ilk dəfə badmintonla tanış olub. Beynəlxalq sertifikatlı məşqçilər heyəti tərəfindən iştirakçılara badminton haqqında məlumat verilib, praktiki məşğələlər keçirilib. İnteraktiv və əyləncəli badminton oyunları şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda iştirakçılara badminton ləvazimatları hədiyyə olunub.

Qax, Şamaxı, Tovuz və Sabirabad rayonlarında da reallaşdırılacaq layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra edilir.

Qeyd edək ki, bu günədək layihə Bakı, Sumqayıt, Qusar, Lənkəran və Gəncə şəhərlərində 400-dən çox müəllim və 400-dən çox şagirdin iştirakı ilə həyata keçirilib.



26744 oxunub

InvestAZ