XƏBƏR LENTİ
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Kikboksinq birinciliyinin qalibləri mükafatlandırıldı
İdman 10:03 / 23.11.2022
Xaçmazda "Narkomaniyaya yox deyək!" layihəsi çərçivəsində kikboksinq idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında keçirilən açıq rayon birinciliyinin qalibləri müəyyənləşib. Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi turnirin açılış mərasimində Dövlət Himni səsləndirilib, respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda Quba, Qusar və Xaçmaz rayonlarını təmsil edən 6 komandanın tərkibində 150-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb. Müxtəlif çəki dərəcəsində olan idmançılar Beynəlxalq Kikboksinq Təşkilatının qaydalarına əsasən "Lou-Kik” stili üzrə yarışıblar.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda ilk üç yeri tutan idmançılar Xaçmaz Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

27228 oxunub

InvestAZ