XƏBƏR LENTİ
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025
26 Dekabr 2025



Nenad Laloviç BOK İcraiyyə Komitəsinin üzvü seçilib
Olimpiya Hərəkatı 14:28 / 12.02.2018


Cənubi Koreyanın Pxençxan şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 132-ci sessiyası öz işini başa çatdırıb. Sessiyanın gedişində BOK İcraiyyə Komitəsinə seçkilər də keçirilib.

Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç qarşıdakı 4 il müddətinə Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib.
BOK İcraiyyə Komitəsinə idmanın güləş növü üzrə seçilən ilk təmsilçi kimi tarixə düşən Nenad Laloviç Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasını təmsil edəcək.
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi BOK İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, güləş idman növünün inkişafı yolunda bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Nenad Laloviç 2015-ci ildən etibarən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür.


62038 oxunub

InvestAZ