XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Bu gün Azərbaycan Premyer Liqasının III turuna start verilir
İdman 10:26 / 11.09.2021
Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Turun oyunları iki gün ərzində keçiriləcək.
Turun saat 18:00-da başlayacaq birinci görüşündə "Sabah” və "Qəbələ” komandaları üz-üzə gələcəklər. Üçüncü turun birinci gününə saat 20:15-də oynanılacaq "Keşlə” – "Zirə” matçı ilə yekun vurulacaq. Qarşılaşma "ASCO Arena”da keçiriləcək.
Turun sentyabrın 12-də keçiriləcək digər oyunlarında "Səbail” klubu "Sumqayıt”, "Neftçi” isə "Qarabağ”ı qəbul edəcək.
Bütün görüşlər "CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

31772 oxunub

InvestAZ