XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Çempionlar Liqasının finalı İstanbulda
İdman 16:07 / 17.07.2021
UEFA, Avropa Liqası, Konfrans Liqası və Çempionlar Liqasında (ÇL) qarşıdakı mövsümlərin final oyunlarına ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb. 2023-cü ildə UEFA Çempionlar Liqasının final görüşü Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, 2020 və 2021-ci illərdə ÇL-in final oyunlarına ev sahibliyi etməli olan İstanbul koronavirus pandemiyası səbəbindən bu hüququndan yararlana bilməmişdi. Əvəzində hər iki final görüşü Portuqaliyada təşkil olunmuşdu. Məhz bu üzdən 2023-cü ildəki ÇL finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Bu, həm də Türkiyə Cümhuriyyətinin və Türkiyə Futbol Federasiyasının yaradılmasının 100-cü ildönümünə bir töhfə olacaq.

UEFA 2021/22 və 2022/23 mövsümlərində Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələsinin püşkatma mərasimlərinin İstanbulda təşkil olunacağını bəyan edib.

17702 oxunub

InvestAZ