XƏBƏR LENTİ
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Tomas Baxdan növbəti fikir
İdman 12:30 / 16.07.2021

​Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Tokio-2020 Yay Olimpiya Oyunlarında mükafatlandırma mərasiminin gedişində baş verə biləcək siyasi aksiyalarla bağlı fikirlərini bölüşüb.

"Financial Times" nəşri bildirir ki, almaniyalı funksioner fəxri kürsü və mükafatlandırma mərasiminin siyasi nümayiş üçün olmadığını bildirib. "Bunlar idmançıları şəxsi baxışlarına görə yox, idman nailiyyətləri qarşılığında medallar qazandıqları üçün şərəfləndirməkdən ötrüdür", - deyə Bax vurğulayıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçirilməlidir. Yalnız 26 yarış tamaşaçılarla keçiriləcək. Azarkeşlərin qalan 724 idman tədbirini isə canlı izləmələri mümkün olmayacaq.


37942 oxunub

InvestAZ