XƏBƏR LENTİ
12 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Çempionlar Liqası: “Neftçi” bu gün Bakıda ikinci oyununa çıxacaq
İdman 11:22 / 14.07.2021
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Son oyun günündə 4 qarşılaşma təşkil olunacaq. Günün ilk matçında Qazaxıstanın "Kayrat” və İsrailin "Makkabi" (Hayfa) klubları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
İlk oyunda Gürcüstanda Tbilisi "Dinamo"suna 2:1 hesabı ilə qalib gələn "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da qəbul edəcək. Oyun saat 21:00-da başlayacaq.
Azərbaycan azarkeşlərini yaxından maraqlandıran digər qarşılaşma isə Polşada keçiriləcək. Millinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma azarkeşləri önündə Norveçin "Budyo Qlimt" komandasını sınağa çəkəcək.Varşava təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatan ilk matçda Emreli dubl edib.

30038 oxunub

InvestAZ