XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



Olimpiya mükafatçımız millidən uzaqlaşdırıldı
Maraqlı 09:15 / 19.06.2021
Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımovun İnstaqram hesabında paylaşdığı video tənqid edilib. Görüntülərdə məşhur idmançı eyvandan dollar əsginaslarını küçəyə səpir.
Onun bu davranışı birmənalı qarşılanmayıb. İctimai şəxs kimi idmançının bu hərəkətinin yolverilməz olduğu bildirilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti məsələ ilə bağlı açıqlama verib. Federasiyadan Elmar Qasımova belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq edildiyini bildirib:
"Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, İnstaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Qasımov son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq”, - deyə açıqlamada bildirilib.

3414 oxunub

InvestAZ