XƏBƏR LENTİ
27 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Kristian Eriksendən xəbər var
İdman 13:13 / 13.06.2021
Danimarka Futbol Federasiyası millinin ötən gün Avro-2020-nin final mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirən futbolçusu Kristian Eriksenin durumu ilə bağlı növbəti dəfə açıqlama yayıb. Hazırda 29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin stabil olduğu bildirilib: "Bu gün səhər Kristian Eriksen ilə danışdıq. O, komanda yoldaşlarına salam dedi. Vəziyyəti stabildir və əlavə müayinə üçün xəstəxanadadır. Komanda və məşqçilər heyəti dünənki hadisədən sonra bir-birlərinə dəstək olmağa davam edəcəklər.Bütün azarkeşlərə, oyunçulara, Danimarka və İngiltərənin Kral ailələrinə, beynəlxalq birliklərə və klublara Kristian Eriksenə dəstəkləri üçün təşəkkür edirik". Qeyd edək ki, ötən gün keçirilən Danimarka - Finlandiya matçı Eriksenin huşunu itirməsi səbəbindən dayandırılmışdı. Komanda yoldaşları həkimlər meydana daxil olanadək duruma müdaxilə ediblər və futbolçu üçün ürək masajını yerinə yetiriblər. Eriksen meydanı xərəkdə tərk edib. Sonradan bərpa olunan görüş Filandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

30473 oxunub

InvestAZ