XƏBƏR LENTİ
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



İspanlar Avropa Liqasında ingilis finalına mane oldu - FOTO
İdman 11:24 / 07.05.2021

Dünən Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
"Arsenal"-"Vilyarreal" matçı qolsuz bərabərliklə başa çatıb. Bununla da, İspaniya təmsilçisi finala yüksəlib.
"Mançester Yunayted" isə 6:2 hesabı ilə qalib gəldiyi "Roma" ilə İtaliyada qarşılaşıb və 2:3 hesabı ilə uduzub. İki görüşün nəticəsinə əsasən İngiltərə klubu finala adını yazdırıb.
Beləliklə, həlledici oyunda "Vilyarreal" və "Mançester Yunayted" üz-üzə gələcək. Final matçı mayın 26-ı Polşanın Qdansk şəhərində keçiriləcək.


UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları

23:00. "Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 0:0
İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2
Qollar: Kavani, 39 (0:1), Ceko, 57 (1:1), Kristante, 60 (2:1), Kavani, 69 (2:2), Telles, 83-avtoqol (3:2)
İlk oyun - 2:6

52845 oxunub

InvestAZ