XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



Fərid Mansurov: “Azad müəllimin yoxluğunu qəbul edə bilmirik”
İdman 11:26 / 05.05.2021
"Azad müəllim həqiqətən də, yaxşı insan və gözəl rəhbər idi. Hələ də Azad müəllimin yoxluğunu qəbul edə bilmirik”.
Bu sözləri "Olimpiya dünyası” qəzetinə açıqlamasında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov bildirib.
Olimpiya çempionu mərhum Azad Rəhimov haqqında xatirələrini danışarkən onun təkcə nazir kimi yox, əsl alicənab insan kimi hər kəsin qəbinə yol tapdığını deyib. "Azad müəllim hər bir əməkdaşı başa düşür, əziyyətini qiymətləndirir, qayğı göstərirdi. O, gənclərin və idmançıların yaxın dostu idi. Hər bir idmançı onun xətrini əziz tuturdu. Məhz bu sevgidir ki, bu gün vəfatından sonra insanlar onun yoxluğuna görə kədərlənirlər. Dəfn mərasimindən sonra Azad müəllimin məzarını ziyarət etdim. Həqiqətən də onun artıq aramızda olmamasına inana bilmirik. Son ana qədər bir möcüzə olacağına inansaq da, təəssüf ki, bu, baş vermədi. Allah Azad müəllimə rəhmət eləsin. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə Fərid Mansurov bildirib.

29764 oxunub

InvestAZ