XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
07 May 2021
06 May 2021
05 May 2021
04 May 2021



Gəncədə tikilməkdə olan İdman Sarayına baxış keçirilib
İdman 13:45 / 02.05.2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gəncədə tikilməkdə olan İdman Sarayına baxış keçirilib.

Görüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Şəhər İcra Hakimiyyətinin Baş memarı, Baş İdarənin aidiyyəti əməkdaşları, həmçinin Gəncədə fəaliyyət göstərən idman müəssisələrinin rəhbərləri və məşqçi-müəllimlər iştirak ediblər. İdman Sarayını tikən podratçı şirkətin rəhbəri layihə haqqında ətraflı məlumat verib və tikilməkdə olan müxtəlif idman zalları ilə tanış edib.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi və idmançılar iştirak etdikləri yarış təcrübələrindən irəli gələrək idman zallarının gələcəkdə istifadəyə daha da səmərəli və Beynəlxalq standartlara uyğun tikilməsi üçün öz tövsiyələrini veriblər. Həmçinin idman sarayına baxışda iştirak edən şəxslər fikir mübadiləsi aparıblar.

İkimərtəbəli idman qurğusunda böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq şahmat turnirlərinin keçirilməsi üçün zal, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər, boulinq və atıcılıq zalları, istirahət və iaşə obyektləri fəaliyyət göstərəcək. İdman sarayı ən müasir avadanlıqla təchiz olunacaq. İdman Sarayının 2022-ci ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulur. İdman qurğusunun ümumi ərazisinə, binanın tutumu və həcminə görə Qafqazda ən böyük idman müəssisəsi hesab olunur.

Qeyd edək ki, İdman Sarayı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən 3 hektara yaxın ərazidə tikilir.

1899 oxunub

InvestAZ