XƏBƏR LENTİ
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Azad Rəhimov vəfat etdi
İdman 23:55 / 30.04.2021

Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib.

Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova sosial şəbəkədə məlumat paylaşıb.​

Qeyd edək ki, nazir bir müddətdir ki, ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.

Rəhimov Azad Arif oğlu 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-1981-ci illərdə Bakı şəhərində,​ 134 saylı məktəbdə orta təhsil alıb.

1981-1986-cı​ illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində​ ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.​

1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə "Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək "İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin № 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.​

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin​ medalları ilə təltif edilib.

Mərhumun bir övladı var.

Allah rəhmət eləsin!


29243 oxunub

InvestAZ