XƏBƏR LENTİ
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025



III Avropa Oyunlarının proqramına daha iki idman növünün salınması təsdiqləndi
Olimpiya Hərəkatı 11:40 / 03.02.2021

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha iki idman növünün daxil edilməsi təqdiqlənib. Bu dəfə Avropa Atıcılıq Konfederasiyası (ESC) və Avropa Boks Konfederasiyası (EUBC) ilə razılığa gəlinib. Boks və atıcılıq 2020-ci ilin dekabrından proqrama daxil olan 7 və 8-ci idman növləri olub. Daha əvvəl badminton, çimərlik həndbolu, avarçəkmə, karate, müasir beşnövçülük və taekvondo da proqrama salınıb. Həm boks, həm də atıcılıq idman növü 2015-ci ildə Bakıdakı I Avropa Oyunlarının, 2019-cu ildə isə Belarusun paytaxtı Minskdəki II Avropa Oyunlarının proqramından yer alıb.

Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub. İlk olaraq, 2020-ci ildə 23 idman növu yarışın proqramında yer alıb.


54336 oxunub

InvestAZ