XƏBƏR LENTİ
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026



Argentinalı pilot “Alpine”də
İdman 13:20 / 10.01.2025

"Alpine” komandası Franko Kolapinto ilə müqavilə imzalayıb. Bu barədə Fransa komandasının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, argentinalı pilot yarış komandasına sınaq və ehtiyat sürücü kimi qoşulacaq.

Qeyd edək ki, 21 yaşlı Kolapinto Formula 1-də Niderland Qran Prisindən sonra Loqan Sargenti əvəzləyərək, "Williams” komandası üçün yarışmışdı. Lakin o, Britaniya komandasında rəqabətə davam gətirə bilməmişdi. Çünki komandanın Aleks Albon və Karlos Saynz kimi pilotları var.

"Alpine” komandası keçən mövsümü sürücülərin ümumi hesabında altıncı yerdə başa vurmuşdu.


18550 oxunub

InvestAZ