XƏBƏR LENTİ
12 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Güləşçimiz Çində kəmər qazanıb
İdman 13:34 / 12.11.2024

Azərbaycan güləşçisi Murad Əhmədiyev Çinin Sian şəhərində keçirilmiş beynəlxalq turnirdə kəmər qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, "Kəmər və yol” adlanan yarışda ölkəmizi yunan-Roma güləşi üzrə millinin 3 üzvü təmsil edib. 10-a yaxın ölkənin idmançısının iştirak etdiyi turnirdə U-20 yığmasından Davud Məmmədov (77 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) mübarizə aparıb. U-23 Avropa çempionu Murad Əhmədiyev bütün rəqiblərinə qalib gələrək kəmərə sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yığması Çində təlim-məşq toplanışı da keçəcək. Bu məqsədlə güləşçilər bu gün Uhan şəhərinə yollanıb. İki həftə davam edəcək hazırlıq prosesində adıçəkilən güləşçilərlə yanaşı, Hüseyn Savadov (55 kiloqram), Vədat Qasımlı (60 kiloqram), Tural Əhmədov (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Kamran Rəcəbli, Sadiq Məsimli (hər ikisi 72 kiloqram), Elmin Əliyev (82 kiloqram), Orxan Hacıyev (87 kiloqram) və Arif Niftullayev (97 kiloqram) iştirak edəcəklər.


17477 oxunub

InvestAZ