XƏBƏR LENTİ
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Bu gün sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayırlar
İdman 10:06 / 30.10.2024

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-Olimpiya çəki dərəcələri üzrə dünya çempionatı davam edir. Bu gün Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayacaqlar. Komandamızın üzvüNürəddin Novruzov (61 kq) 1/8 finalda Cude Hammer (Quatemala) - Ahmet Duman (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Kənan Heybətov (70 kq) təsnifatda hindistanlı Maniş Qosvaminin müqavimətini qırmağa çalışacaq. Orxan Abasov (79 kq) 1/6 finalda Ermənistandan olan Arman Avakyanla, Abubakr Abakarov (92 kq) təsnifatda Şimali Makedoniya təmsilçisi Redjep Haydari ilə qarşılaşacaq.

Bundan əlavə, qadın güləşçilərimiz təsəlliverici görüşlərə çıxacaqlar. Alyona Kolesnik (59 kq) bu raunddakı rəqibini gözləyir, Elis Manolova isə Meysi Kilti (ABŞ) ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Dünya çempionatınadekabrın 31-də yekun vurulacaq.


18613 oxunub

InvestAZ