XƏBƏR LENTİ
27 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Paris-2024: Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız final mərhələsində ilk çıxışını başa vurdu
İdman 16:19 / 10.08.2024
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının bədii gimnastika yarışlarında son medal dəsti uğrunda mübarizəyə start verilib. Qrup hərəkətləri üzrə komandaların final mərhələsində Azərbaycan komandası da mübarizə aparır. Ötən gün 8-ci pilləni tutaraq həlledici mərhələyə vəsiqə qazanan bədii gimnastika üzrə qrup hərəkətləri komandamız bu gün ilk çıxışını başa vurub. 5 halqa ilə bacarığını göstərən Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət millimizin çıxışını hakimlər 34,850 xalla qiymətləndiriblər. Bütün komandaların çıxışından sonra komandamızın yekun mövqeyi müəyyənləşəcək.
24215 oxunub

InvestAZ