XƏBƏR LENTİ
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



AFFA prezidenti millinin yeni baş məşqçisi ilə görüşüb
İdman 18:53 / 13.06.2024

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Fernandu Santuş ilə görüşüb.

Görüşdə yığmanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib. Söhbət zamanı, həmçinin Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AFFA Fernandu Santuşla 3+1 illik müqavilə imzalayıb.


22086 oxunub

InvestAZ