XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu
İdman 11:55 / 12.06.2024

AFFA İcraiyyə Komitəsinin (İK) onlayn formatda növbəti iclası keçirilib.

Komitənin iyunun 3-də təşkil olunmuş toplantısında müzakirə edilən baş məşqçi məsələsinin davamı olaraq, Azərbaycan milli komandasının sükanı arxasına tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.

Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub.

Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq, Azərbaycan yığmasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.

Prosesin qısamüddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq, portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və Avro-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.


17955 oxunub

InvestAZ