XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Paris-2024-ə lisenziya qazanan boksçularımız Vətənə qayıdıblar
İdman 00:24 / 04.06.2024

Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində uğurlu çıxış edərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan boksçuları Vətənə qayıdıblar.

Malik Həsənov (63,5 kq) və Alfonso Dominqesi (92 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Boks Federasiyasının nümayəndələri, azarkeşlər, media mənsubları və idmançıların yaxınları qarşılayıblar.

Buna qədər Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Beləliklə Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Milli komandamız yalnız iki çəki (57 və 71 kq) dərəcəsində Olimpiya Oyunlarından kənar qalıb. Azərbaycan yığması lisenziya sayında Özbəkistan, Qazaxıstan və Avstraliyadan geri qalıb.

Dünya dördüncülüyünə şərik olan millimiz Kuba ilə eyni göstəriciyə malikdir.

Olimpiadaların nəhəngi sayılan ABŞ isə cəmi 4 lisenziya ilə Azərbaycandan geridədir.

Qeyd edək ki, Olimpiadada boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.


6689 oxunub

InvestAZ