XƏBƏR LENTİ
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Həndbol millimiz bu gün Litva komandası ilə qarşılaşacaq
İdman 13:48 / 28.02.2024

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

Yığma komandamız Bakı İdman Sarayında Litvanı qəbul edəcək.

Qarşılaşma saat 17:00-da start götürəcək. Millimiz daha əvvəl Şimali Makedoniyaya (17:40), sonra isə İspaniyaya (18:38) uduzub.

5-ci qrupda İspaniya və Şimali Makedoniyanın hərəyə 4 xalı var. Litva və Azərbaycanın hesabında xal yoxdur.

Qeyd edək ki, yığmamız martın 3-də Litvanın qonağı olacaq.


19529 oxunub

InvestAZ