XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Astarada şahmat turniri 
İdman 23:57 / 04.12.2023

Astarada Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmat üzrə məktəblilər arasında rayon turniri keçirilib. Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun və Astara Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub. Yarışda Astara şəhər Artupa, Səncərədi və Suparıbağ kənd tam orta məktəblərin komandalarını təmsil edən 40 (20 qız və 20 oğlan) məktəbli şahmatçı mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin komandası olub. Şıxəli Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəb və Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin komandaları müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.

Fəxri yerləri qazanan şahmatçılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.


15751 oxunub

InvestAZ