XƏBƏR LENTİ
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



İƏT-ə üzv dövlətlərdə idmanın inkişafı məsələləri müzakirə edilib
İdman 12:26 / 29.11.2023

Ər-Riyadda İslam Həmrəyliyi İdman Federasiyası (ISSF) İcraiyyə Komitəsinin sessiyası və Baş Assambleyasının iclası keçirilib. Tədbirə ISSF-nin prezidenti və Səudiyyə Ərəbistanı Krallığının idman naziri şahzadə Əbdüləziz Bin Turki Əl-Feysəl Bin Əbdüləziz sədrlik edib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə köməkçisi, ISSF İcraiyyə Komitəsinin üzvü, səfir Tariq Əli Baxiti sessiyadakı çıxışında bildirib ki, təşkilatın Baş Katibliyi idmanın İnkişafı üzrə Fəaliyyət Planında və İƏT Gənclər Strategiyasında müəyyən edilmiş məqsədlərə nail olmaq məqsədi ilə Gənclər və İdman Departamenti vasitəsilə ISSF ilə koordinasiyanı gücləndirmək öhdəliyinə sadiqdir. O əlavə edib ki, müsəlman dünyasında idman sahəsində inkişaf prioritet vəzifələrdən biridir.

Sonra Baş Assambleyanın iclası olub. İştirakçılar İƏT-ə üzv ölkələr arasında idman sahəsində əməkdaşlıq, birgə turnirlərin təşkili, həmçinin ISSF-nin Beynəlxalq Olimpiya Komitəsi və digər beynəlxalq idman təşkilat və federasiyaları ilə əlaqələri məsələlərini müzakirə ediblər.


20532 oxunub

InvestAZ