SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə 

Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə 

İdman

Bugün, 14:45

Azərbaycanın deflimpiyaçı güllə atıcısı Əli İskəndərli Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Deflimpiya Komitəsindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma növü üzrə yarışlarda 3-cü yeri tutub. Bu, atıcılıq üzrə Azərbaycan deflimpiya tarixində ilk medal kimi tarixə düşüb. Milli komandanın digər üzvü Nicat Əzimov isə yarışda 5-ci yerlə kifayətlənib. Qeyd edək ki, Azərbaycan ilk dəfə eşitmə qabiliyyəti məhdud olan atıcılar arasında Avropa çempionatında təmsil olunur.

Dİgər xəbərlər