SON XƏBƏRLƏR
-
Bugün, 15:42
İdmanXüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
-
Bugün, 15:27
İdmanFutbola həsr olunan ömür
-
Bugün, 13:35
İdmanAzərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
-
Bugün, 11:34
İdman"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
-
Bugün, 11:08
İdmanŞahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
-
Bugün, 10:51
İdmanMillimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
-
Bugün, 10:33
İdmanDaha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
-
Bugün, 10:10
Gündəm"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
22.09.2026, 22:07
İdmanCüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22.09.2026, 21:46
İdmanVeteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
-
22.09.2026, 16:04
MOKMOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
-
22.09.2026, 15:24
Müsahibə71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
-
22.09.2026, 13:20
İdmanCüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
-
22.09.2026, 13:14
İdmanAzərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
-
22.09.2026, 12:46
İdmanAŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
22.09.2026, 10:35
İdmanÜmumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
-
22.09.2026, 10:18
İdmanİki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
-
22.09.2026, 00:21
İdmanÜç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21.09.2026, 19:44
İdmanCəlilabadda sərbəst güləş turniri keçirilib
-
21.09.2026, 17:38
İdman“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
-
21.09.2026, 17:37
İdmanAzərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
-
21.09.2026, 15:39
İdmanUşaqlar arasında əyləncəli idman yarışı keçirilib
-
21.09.2026, 13:51
İdman“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
-
21.09.2026, 12:31
İdmanYardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
-
21.09.2026, 12:03
İdman“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
-
21.09.2026, 11:53
İdmanƏdalət təmsilçimiz dünya çempionatına təyinat alıb
-
21.09.2026, 11:53
İdmanƏdalət təmsilçimiz dünya çempionatına təyinat alıb
-
21.09.2026, 11:34
İdmanBasketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik olub
-
21.09.2026, 11:18
İdmanÜç boksçumuz Avropa çempionatının 1/4 finalında
-
21.09.2026, 10:35
İdmanAzərbaycan çempionatı başa çatıb
-
21.09.2026, 10:14
İdmanAtletimiz dünya çempionatında iştirak edib
-
20.09.2026, 22:29
İdmanCüdoçumuz veteranlar arasında dünya çempionu olub
-
20.09.2026, 10:45
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
-
20.09.2026, 09:05
GündəmBu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
İdman
Bugün, 13:35
Bakıda keçiriləcək Azərbaycan Qran-prisi yalnız trekdəki sürət və mübarizə ilə məhdudlaşmır.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, bu il də "Formula 1" yarış həyəcanını trekdən kənara daşıyacaq.
Azarkeşləri konsertlər, pilotlarla görüşlər, interaktiv əyləncələr və zəngin proqram gözləyir. Bütün bunlar ölkənin əsas idman hadisələrindən birinin ab-havasını daha da rəngarəng edəcək.
Ənənəyə uyğun olaraq, Bakı Bulvarında yenə də Əyləncə zonası fəaliyyət göstərəcək. Bulvarın müxtəlif hissələrində qonaqları rəngarəng əyləncələr, interaktiv fəaliyyətlər və bütün ailə üçün maraqlı proqram gözləyir.
"Formula 1" dünyasına daha yaxından bələd olmaq istəyənlər Fan-zonada yerləşən yarış simulyatorunda özlərini sınaya biləcəklər. F1 yarış simulyatoru iştirakçılara virtual bolidin sükanı arxasına keçərək günün ən sürətli dövrəsi uğrunda mübarizə aparmaq imkanı verəcək.
F1 Pit-Stop yarışı zamanı isə iştirakçılar iki-üç nəfərlik komandalar şəklində pit-stop bacarıqlarını sınayacaqlar. Bolidin təkərlərini ən qısa zamanda dəyişən komandalar final mərhələsində yarışacaqlar. Hər iki fəaliyyətin qaliblərini isə imzalı suvenirlər və paddokda turlar gözləyir.
Digər əyləncə məkanlarında isə "Formula 1"ə fərqli rakursdan nəzər salmaq mümkün olacaq. Azarkeşlər Formula 1-in nümayiş bolidini və FIA Formula 1 dünya çempionatının kubokunu görə biləcəklər.
F1 pilotu ilə selfi (F1 Driver Selfie) fəaliyyətində isə qonaqların virtual şəkildə "Formula 1" pilotları və komanda rəhbərləri ilə foto çəkdirmək imkanı olacaq. F1 DJ podiumu isə Qran-prinin ən rəngarəng anlarından biri olan mükafatlandırma mərasiminin ab-havasını canlandıracaq.
Əyləncə proqramı yalnız "Formula" 1 mövzusu ilə məhdudlaşmayacaq. Fan-zonada ziyarətçilər üçün müxtəlif idman və əyləncə fəaliyyətləri də təşkil olunacaq. Onlardan biri olan "Ninja Çağırışı"nda iştirakçılar dırmanma divarları, balans və kəndir elementlərindən ibarət maneələr zolağını keçərək çeviklik, güc və koordinasiyalarını sınayacaq. Hündürlükdən adrenalini yaşamaq istəyənlər üçün isə Fan-zonada tros vasitəsilə sürətli eniş üçün ziplayn qurulacaq.
Qran-prinin ən kiçik qonaqları üçün də xüsusi proqram hazırlanıb. Uşaq Qran-prisində uşaqlar mini elektrik avtomobillərinin sükanı arxasına keçərək təhlükəsizlik tələblərinə uyğun hazırlanmış xüsusi trekdə yarışa biləcəklər. Uşaq zonasında isə onları tematik akvaqrim və yaradıcılıq üzrə masterklasslar gözləyir. Həmçinin aktiv istirahət üçün müxtəlif batutlar, o cümlədən dəbilqə formasında batut qalası da quraşdırılacaq.
"Formula 1" azarkeşləri üçün əsas tədbirlərdən biri də pilotlarla görüşlər olacaq. Fan-forumlar çərçivəsində pilotlar və komandaların nümayəndələri əsas səhnəyə çıxaraq azarkeşlərin suallarını cavablandıracaq, çempionatın trekdən kənar həyatına dair maraqlı məqamları bölüşəcəklər. Qran-pridən əvvəl pilotların təqdimatı keçiriləcək.
Gün ərzində Qran-pri ərazisində müxtəlif səyyar şoular da nümayiş etdiriləcək. Proqrama milli rəqslər, "Amarok" qrupunun zərb alətləri şousu, Güzgülü rəqqaslar (Mirror Dancers), Güzgülü yarış şousu (Mirror Racing Show), Uçan insanlar (Flying People) və xanımlardan ibarət zərb alətləri şousu (Drum Girls) daxildir.
Fan-zonanın səhnəsində DJ Pancho, Maya Aziz, Nicolas Mun, Nazreen, Tim və Vugarixx, həmçinin Excellent Band və Mardan Band çıxış edəcəklər.
Trekdəki tədbirlər başa çatdıqdan sonra əyləncə proqramı Bakı Kristal Zalında davam edəcək. Cümə axşamı səhnəyə Kalvin Harris, cümə isə Keti Perri çıxacaq. Beləliklə, Qran-prinin ab-havası yarış trekindən kənarda da davam edəcək.
Sentyabrın 24-dən 26-dək Bakıda Qran-pri həyəcanı trekdəki mübarizə ilə məhdudlaşmayacaq. Azarkeşlər üçün təşkil olunan Fan-zona, pilotlarla görüşlər, şoular və konsertlər "Formula 1" həftəsonunun zəngin proqramını tamamlayacaq.