SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib 

Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib 

İdman

Bugün, 12:31

Yardımlı rayon Sahil stadionunda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında kross qaçışı üzrə Yardımlı rayon turniri keçirilib.

Olimpiyadunyasi.com xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd atletika idman növünün təbliği, bu idman növündə istedadlı idmançıların müəyyən edilməsi, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkili olub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda ilk üç yeri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər. 

Dİgər xəbərlər