SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib

“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib

İdman

Bugün, 17:38

Lənkəran Olimpiya İdman Kompleksində “20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol idman növü üzrə Lənkəran-Astara region turniri keçirilib. İki gün davam edən turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Cənub Regional Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı sayəsində baş tutub.

Olimpnews.az xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekun nəticələrinə əsasən birinci yeri Lənkəran UGİŞM FK tutub. “Xan Lənkəran” FK turnirin ikincisi olub. Üçüncü yerə isə “Fırtına” FK sahib çıxıb.

Qalib və mükafatçı komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Onu da bildirək ki, turnirin keçirilməsində əsas məqsəd mini-futbol idman növünün inkişafına dəstək göstərmək, bölgədə bu idman növünün kütləviliyini artırmaq, yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, həmçinin idmana marağı daha da yüksəltmək olub.

Dİgər xəbərlər