XƏBƏR LENTİ
21 İyul 2024
19 İyul 2024
17 İyul 2024
16 İyul 2024
15 İyul 2024
12 İyul 2024
11 İyul 2024
10 İyul 2024
09 İyul 2024
07 İyul 2024
04 İyul 2024
03 İyul 2024
02 İyul 2024



Beynəlxalq Olimpiya Komitəsi artan münaqişələr səbəbindən Paris-2024-ü ləğv etməyi düşünmür
İdman 21:33 / 12.11.2023

Bunu Almaniyada keçirilən forumdakı çıxışında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax deyib. O, bildirib ki, keçmişdə üç dəfə - 1916, 1940 və 1944-cü illərdə-müharibə səbəbindən olimpiada ləğv edilib.

Daha sonra BOK prezidenti 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının iki ölkə arasındakı (Rusiya və Ukrayna, digər tərəfdən İsrail Fələstin) münaqişələr səbəbindən təxirə salınmayacağını deyib: "Çox güclü geosiyasi gərginliklər var. Amma Olimpiya Oyunlarını qurban verəcəyimizi söyləmək tamamilə yanlış yanaşma olardı. Hökumətlər və ölkələr arasında çoxlu müharibələr olub, lakin idmançılar həmişə Oyunlarda iştirak ediblər. Bu, Olimpiya missiyasına uyğundur. Dünya müharibəsinin olub-olmayacağını bilmirəm, amma Beynəlxalq Olimpiya Komitəsi idmanın təməl ideyasına xəyanət edə bilməz. Bizim missiyamız idmançılar və idman üçün humanitar missiyadır. Biz bunu nəzərə almağa çalışırıq. İnsanların da onları birləşdirəcək bir missiyaya ehtiyacı var”.

T.Bax bundan əvvəl idmançıların öz hökumətinin hərəkətlərinə görə cəzalandırılmamalı olduğunu desə də, Rusiya və Belarus idmançılarının Parisdə bitərəf kimi yarışmasına icazə verib-verməməyin "dilemma” olduğunu etiraf edib.

Tomas Bax 12 illik prezidentlik müddətinin 2025-ci ildən sonra uzadılması məsələsinə də toxunub və bunun onun ideyası olmadığını vurğulayıb.

Qeyd edək ki, Paris Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


9367 oxunub

InvestAZ