XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Stolüstü tennisçilərimiz erməni rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazandılar
İdman 10:08 / 20.09.2023

Gürcüstanın Batumi şəhərində keçirilən stolüstü tennis üzrədünya seriyalı "WTT Youth Contender” turniri davam edir. Yarışda iştirak edənAzərbaycanın 19 yaşadək stolüstü tennisçiləri erməni rəqiblərini məğlub ediblər.TəmsilçilərimizdənZemfira Mikayılova, Ləman Abdulhəmidova və Xədicə Əbilzadə qrup mərhələsini inamla adlayıblar. Tennisçilərimiz bu qələbə ilə 1/8 finala vəsiqə qazanıblar.

Qrupda L.Abdulhəmidova Asya Poqosyanı 3:0, Z.Mikayılova Ellada Gevorqyanı 3:1, N.Mahmudova isə Mariam Ambarsumyanı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

U-17-lərin mübarizəsində yarımfinalda məğlub olan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova üçüncü yeri tutublar. Yağmur Məmmədli də 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərib.

15 yaşadək stolüstü tennisçilərin yarışında isə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Aysu Ağayeva, Arzu Aslanova və Yağmur Məmmədli 1/8 finala yüksəliblər.



16612 oxunub

InvestAZ