XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Milli Məclis sədrinin müavini qalib idmançılarla görüşüb
İdman 18:39 / 23.11.2022
Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev beynəlxalq yarışlarda qələbə qazanan idmançılarla görüşüb.
"Milli Məclisdə növbəti dəfə ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılarımızla görüşdük. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı nəticəsində ölkəmiz dünyada idman ölkəsi olaraq tanınır. İdmançılarımızın qazandıqları nailiyyətlər, ölkəmizin olimpiadalara və idman yarışlarını yüksək səviyyədə təşkil etməsi idmanı Azərbaycanın brendlərindən birinə çevirmişdir. Qəhrəmanlarımızın döyüş meydanında qazandığı tarixi Zəfər, idmançılarımızın isə peşəkar yarışlardakı uğurları onu deməyə əsas verir ki, Azərbaycan xalqına yalnız Qələbə yaraşır",- deyə A.Əliyev qeyd edib.
Qeyd edək ki, bu günlərdə kikboksinq üzrə Azərbaycan Milli Komandası Türkiyənin Antalya şəhərində keçirilən böyüklər və veteranlar arasında WAKO Avropa çempionatında iştirak edib. Milli komandamız böyüklər arasında 2 qızıl, 5 gümüş, 6 bürünc, veteranlar arasında isə 2 qızıl və 2 bürünc medal olmaqla ümumilikdə 17 medalla Vətənə qayıdıblar.


30398 oxunub

InvestAZ