XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Uğur qazanan idmançılar Baş İdarə tərəfindən təltif olundular
İdman 12:23 / 18.10.2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xırdalan şəhərində karate-do üzrə uşaq və yeniyetmələr arasında keçirilən açıq respublika turnirində uğurlu nəticələr əldə edən bir sıra idmançıların mükafatlandırma mərasimi keçirilib.
Təltifetmə mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yeniyetmə və gənc idmançıları qazandıqları qələbələr münasibətilə təbrik edib. O, idmançıların Baş İdarə tərəfindən daima diqqət mərkəzində saxlanıldığını, hər zaman idmançılara dəstək olmağa çalışdıqlarını bildirib.
Tədbirin sonunda yüksək nəticə göstərmiş idmançılar fəxri diplomlarla təltif olunublar.


18613 oxunub

InvestAZ