XƏBƏR LENTİ
09 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
30 Noyabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024



Beynəlxalq Olimpiya Komitəsi
Olimpiya Hərəkatı 12:45 / 04.02.2019



Beynəlxalq Olimpiya sistemi Beynəlxalq Olimpiya Komitəsini (BOK), Beynəlxalq İdman Federasiyalarını (BİF), milli Olimpiya komitələrini (MOK), Olimpiya oyunları Təşkilat Komitəsini (OOTK) və regional Olimpiya komitələrini, milli Olimpiya assosiyalarını və idman klublarını özündə birləşdirir. Bunlardan başqa başqa Olimpiya sisteminə BOK tərəfindən qəbul edilmiş və Olimpiya hərəkatında fəal rol oynayan yardımçı idarə və təşkilatlar daxildir.
Olimpiya Xartiyasının qanunlarından irələ gələn müddəalara görə BOK yalnız milli olimpiya komitələri və ya onları əvəz edən təşkilatları, BİF-lər və həm də Olimpiya Hərəkatına kömək məqsədi ilə yaradılmış və Olimpiya xartiyasına müvafiq failiyyət göstərən digər müxtəlif təşkilatları da təsdiq edə bilər. Bura MOK və BİF-ın müxtəlif assosiyaları, eləcə də idmanla bağlı olan və beynəlxalq səviyyədə fəailiyyət göstərən qeyri-dövlət təşkilatları da daxildir.
Beynəxalq Olimpiya sistemi müasir Olimpiya Hərəkatının inkişafı tarixinin bütün mərhələlərində çoxşaxəli struktura malik olmuşdur. Müasir dövrdə beynəlxalq Olimpiya sisteminin strukturu özünəməxsus funksiyalara malik iki əsas cərəyandan ibarətdir. Birinci cərəyana Olimpiya sisteminin işini beynəlxalq səviyyədə həyata keçirən təşkilatlar daxildir. İkinci cərayan isə bu sistem üzrə bütün idman federasiyalarının fəaliyyətinə əsaslanır.
Müasir Olimpiya idmanı sistemi daim inkişafdadır və bu sistem Olimpiya idman növlərinin geniş təbliği, populyarlaşması və yeni idman növləri və qaydalarının və idman təşkilatlarının yaranmasına xidmət edir.




Oimpiya oyunlarının ilk prinsipləri

-Olimpiya oyunları hər dörd ildən bir keçiriləcək və bu yarışlarda dünyanın hər yerindən idmançılar Olimpiya idellarına uyğun olaraq qardaşlıq və dostluq zəminində qüvvələrini sınayacaqlar;
-Olimpiya oyunlarında dini, irqi və siyasi əqidələr nəzərə alınmayacaqdır;
-Olimpiada keçirilməyə bilər. Amma yarışların sırası və dörd illik müddəti dəyişilməzdir;
-Olimpiya oyunlarının sıralanması tarixi 1896-cı ildə keçiriləcək Afina Olimpiya Oyunlarından başlayacaqdır;
-Olimpiya oyunlarının keçiriləcəyi şəhəri seçmək hüququ yalnız Beynəlxalq Olimpiya Komitəsinə (BOK) məxsusdur.
-Olimpiya oyunlarına qatılacaq idmançıların milli tərkibi onların təmsil olunduğu ölkənin milli olimpiya komitələri tərəfindən müəyyən edilir. Bu səbəbdən Olimpiya oyunlarında iştirak edən hər bir ölkədə Milli Olimpiya Komitəsinin yaranması zəruridir.

BOK-un idarə sistemi

Bədən tərbiyə və idmanın inkişafı dünyanın əksər ölkələrinin siyasətində vacib və əhəmiyyətli yer tutmaqla yanaşı, ümdə rol oynayır. Siyasi və dövlət strukturları, xüsusən də bir sıra ölkələrin hakimiyyət orqanları idmançıların olimpiyaqabağı hazırlıq prosesində böyük və əvəzçiz rol oynayırlar.
Hazırda dünyanın müxtəlif ölkələrində Olimpiya idmanı sistemində bir tərəfdən hakimiyyət orqanlarının funksiyasını məhdudlaşdıran və ölkədə bədən tərbiyə və idmanın inkişafına istiqamət verən, digər iərəfdən milli olimpiya komitələri və milli idman federasiyaları arasında əməkdaşlığı təmin edən spesifik əlaqalər mövcuddur. MOK-ların müxtəlif ölkələrdə Olimpiya idmanının idarəetmə sistemində rolu və fəailyyətinin əsas istiqamətləri haqqında danışmağa dəyər.


Beynəlxalq Olimpiya Komitəsi (BOK) və fəailiyyətinin əsasları

Olimpiya oyunlarının bütün hüqüqlarını özündə birləşdirən Beynəlxalq Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Hərəkatının rəhbər orqanıdır. BOK 1894-cü il iyunun 23-də Paris konqresində təsis edilib və daimi fəailiyyətdə olan beynəlxalq qeyri-dövlət idman təşkilatıdır.

BOK-un Ştab-qərargahı

Beynəlxalq Olimpiya Komitəsinin ştab-qərargahı 1915-ci ildən Lozanna şəhərinin Saray meydanı olan Plas dyu Palede yerləşir. BOK-un iqamətgahı yarandığı gündən, 1894-cü ildən etibarən dörd il ərzində növbəti Olimpiya oyunlarının keçiriləcəyi ölkənin paytaxtında yerləşməli idi. 1916-cı il Oyunlarını keçirmək Almaniya hökümətinə həvalə edilmişdi.
1898-ci ildən BOK-un üzvü və İsveçrə Olimpiya Komitəsinin əsasını qoyan baron Qodfrua de Blone Pyer de Kubertenin köhnə silahdaşı idi və o, İsveçrədə yaşayırdı. Görkəmli misirşünas alim Bione Lozanna yaxınlığında iri mülkün sahibi idi. O müharibə illərində baron Kubertenə BOK-un arxivini öz şəxsi mülkündə yerləşdirməyi təklif edir. Dostu Pyer de Kubertenin müharibəyə getməsi ilə əlaqədar olaraq BOK-a rəhbərlik də Qodfrua de Blonenin öhdəsinə düşürdü. Elə həmin vaxtdan BOK-un qəragahı İsveçrənin Lozanna şəhərində yerləşir.
1968-ci ilin aprel ayında Lozanna munisipaliteti qərargahı Şato-de-Vidi qalasına köçürməyə qərar verir. Lakin baron Pyer de Kubertendən başqa BOK-un prezidentlərdən heç biri Lozannada daimi məskunlaşmağa cəhd göstərmirdi. 1980-ci ildə X.A. Samarançın prezident seçilməsi vəziyyət dəyişdi. Beynləlxalq Olimpiya Hərəkatında özünəməxsus xidmətlər göstərən, uzun muddət (21 il) BOK-un prezidenti işləyən Xuan Antuan Samaranç P.Kubertendən sonra bu şəhərin daimi sakininə çevrildi.
80-cı illərdə Lozanna munisipaliteti və BOK arasındakı əlaqələrdə də müsbət dəyişikliklər baş verdi. İsveçrə Federal Şurası Beynəlxalq Olimpiya Komitəsini tanıyaraq, ona beynəlxalq təşkilat statusu verdi.
BOK-un rəhbərliyi hər şeydən əvvəl çoxsistemli vəzifələri ilə əlaqədar kompüterləşmə proqramına xüsusilə diqqət yetirməyə başladı. BOK-un elektron yaddaşında beynəlxalq informasiya agentliklərinin, MOK, BİF və digər təşkilatların səhih məlumatları, təşkilatın qəbul etdiyi qətnamə və qərarların mətnləri öz əksini tapır.

BOK-un məqsəd və vəzifələri
Olimpiya xartiyasına müvafiq olaraq BOK-un məqsəd və vəzifələri aşağıdakılardır:

idman və idman təşkilatlarının inkişafı, təşkili və onların məqsədyönlü inkişafını təmin etmək;
bəşəriyyətə xidmət məqsədi ilə nüfuzlu ictimai və xüsusi təşkilatlarla əməkdaşlıq etmək;
Olimpiya oyunlarının müntəzəm keçirilməsçini təmin etmək;
Olimpiya hərəkatında hər hansı hüquq bərəbərsizliyinə qarşı mübarizə aparmaq;
idman etikasına riayət prinsipinə xidmət etmək;
idman meydançalarında hər cür zorakılığa qarşı mübarizə aparmaq və öz qüvvəsini təmiz oyun ruhunun bərqərar olmasına sərf etmək;
idmanda dopinqlə mübarizəyə rəhbərlik etmək;
idmançıların sağlamlığı üçün təhlükə yaradan amilllərə qarşı mübarizə aparmaq;
idmanda hər hansı siyasət və kommersiyadan sui-istifadə hallarına qarşı mübarizə aparmaq;
Beynəlxalq Olmipiya Akademiyası ilə (BOA) tərəfdaşlıq etmək;
Olimpiya təhsili işi ilə əlaqədar digər təşkilatlara yardım göstərmək;



And müqəddəsdir

Beynəlxalq Olimpiya Komitəsi öz üzvlərini müvafiq ixtisasa malik şəxslər arasından müəyyən edir və seçir. Üzvlər BOK-un fəailiyyət göstərdiyi və ya təşkilatın ümumi maraqlarının cəmləşdiyi bir ölkənin vətəndaşı olmalı və BOK-un sessiyalarında istifadə olunan iki dildən (fransız, ingilis) birini mütləq bilməlidirlər.
Beynəlxalq Oimpiya Komitəsinə yeni qəbul olunan üzvlər təntənəli surətdə and içirlər: " Beynəlxalq Olimpiya komitəsinin üzvü olmaq və ölkəmi təmsil etmək şərəfinə nail olaraq, bildirirəm ki, bu adın məsuliyyətini yaxşı başa düşür və bütün imkanım daxilində Olimpiya hərəkatına xidmət etməyi, sözsüz qəbul etdiyim BOK-un qərarlarına və Olimpiya xartiyasının bütün qaydalarına riayət etməyi və başqalarını ona riayət etməyə məcbur etməyi, hər cür siyasi və kommersiya təsirlərindən, eləcə də irqi və dini mülahizələrdən uzaq olmaqla istənilən şəraitdə Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya hərəkatının maraqlarını müdafiə etməyi öz öhdəmə götürürəm”.

Qaydalara görə, Beynəlxalq Olimpiya Komitəsinə hər ölkədən yalnız bir üzv seçilə bilər. BOK-un üzvləri öz ölkələrində bu təşkitlatın nümayəndəsi deyil, təmsilçisi kimi çıxış edirlər. BOK-un üzvləri hökümət və xüsusi şəxslərdən onların hərəkət sərbəstliyinə mane ola biləcək heç bir tapşırıq ala bilməzlər. Kuberten təsdiq edirdi ki, məhz bu tərzdə Olimpiya ideyası dövlət aparatı tərəfindən göstərilən təzyiqlərdən müdafiə olunacaq, milli maraqlar isə ümumi prinsipial maraqlara tabe olacaqdır. Qəbul olunmuş qaydaya görə BOK-un üzvü yalnız, 75 yaşında istefaya gedə bilər. Burada orta yaş həddi 62,7-dir.
80-cı illər Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyində məhsuldar dövr hesab olunur. Belə ki, həmin illərdə 7 qadın nümayəndənin -Piriyo Haqqman (Finlandiya), Flor İsava Fonseka (Venesuela), Mari Elison Qlen-Xanq (İngiltərə), şahzadə Nora fon Lixtenşteyn (Lixtenşteyn), Anita Defrans (ABŞ), Kerol Anna Leteren (Kanada), şahzadə Anna (İngiltərə)- BOK-un üzvlüyünə qəbul edilmişdir. Onların hamısı, Nora fon Lixtenşteyndən başqa, Olimpiya oyunlarının iştirakçıları idi.

BOK üzvlərinin vəzifələri

BOK-un sessiyalarında iştirakı ilə yanaşı üzvlərdən hər biri borcludur:
öz ölkəsində BOK-un nümayəndəliyin təmin etmək;
tərkibinə daxil olduğu BOK-un komissiyalarının işində iştirak etmək;
öz ölkəsində Olimpiya hərəkatının inkişafına kömək etmək;
«Olimpiya həmrəyliyi» də daxil olmaqla BOK-un digər proqramlarını yerlərdə həyata keçirmək;
ildə bir dəfədən az olmamaq şərtilə ölkəsində Olimpiya hərəkatı inkişafı və tələbləri haqqında BOK prezidentinə məlumat vermək;
ölkəsində istər MOK daxilində, istərsə də, onun səlahiyyətindən kənar Olimpiya xartiyasının riayət olunmasına mane və yaxud Olimpiya hərəkatına təsir edə biləcək bütün hadisələr haqda BOK prezidentinə təcili məlumat vermək;
BOK nümayəndəliyinin digər ölkə və ərazidə fəaliyyət zərurəti də daxil olmaqla, prezident tərəfindən ona verilən tapşırıqları yerinə yetirmək;
Olimpiya xartiyasına görə minimum 10 illik iş fəailiyyətindən sonra yaş, sağlmalıq və ya digər səbəblər üzündən istefaya çıxan BOK-un şər bir üzvü BOK icraiyyə komitəsinin razılığı ilə fəxri üzv seçilə bilər.

BOK-un əsas orqanları

BOK-un əsas orqanları sessiya, onun icraiyyə komitəsi və prezidentdir. BOK üzvlərinin ümumi yığıncağı, sessiyası ildə bir dəfə keçirlir. Növbədənkənar sessiya prezidentin təşəbbüsü və ya BOK-un üzvlərinin ən azı üçdə birinin yazılı tələbi ilə çağrıla bilər. Sessiya BOK-un ali orqanıdır. Sessiyaının qərarları qətidir. İcraiyyə komitəsinin təklifi ilə sessiya BOK-un üzvlərini seçir. Bundan başqa, bir qayda olaraq, BOK-un sessiyalarında qış və yay Olimpiya oyunlarının təşkilatçı-şəhərlərinin seçilməsi, Olimpiya xartiyasında və Oyunların proqramında dəyişikliklər, büdcə, BOK-un komitə və komissiyalarının hesabatları və yeni MOK-ların təsdiq olunması haqqında qərarlar qəbul edilir. İcraiyyə komitəsi prezidentdən, dörd vitse-przidentdən və 6 başqa üzvdən ibarətdir. İcraiyyə komitəsinin bütün üzvləri təşkilatın sessiyalarında gizlə səsvermə yolu ilə seçilir.

İcraiyyə komitəsi aşağıdakı funksiyaları yerinə yetirir:
· Olimpiya xartiyasına riayət qaydalarına nəzarət edir;
· BOK-un inzibati-amirlik işinə, onun maliyyə fəaliyyətinə cavab verir;
· BOK-a üzv seçiləcək şəxsləri tövsiyə edir; direktorları təyin edir;
· BOK-un arxivini mühafizə edir;


Prezident 8 il müddətinə gizli səsvermə yolu ilə BOK üzvləri arasından seçilir. Prezident təkrar növbəti dördillik müddətə də seçilə bilər. Vitse-prezidentlərin və icraiyyə komitələrinin altı üzvünün mandat müddəti 4 ildir. BOK prezidentinin qərarı ilə prinsipcə ildə bir dəfə çağrılan, işində BOK-un üzv və fəxri üzvlərinin, BOK tərəfindən qəbul edilmiş BİF, MOK və digər təşkilat nümayəndələrinin, eləcə də BOK-un fərdi dəvəti ilə çağrılmış və yaxud təşkilat nümayəndəsi kimi çıxış edən şəxslər və idmançıların iştirak etdiyi Olimpiya konqresslərini keçirir.
İcraiyyə komitələrinin tövsiyə işinə hazırlıq və məsələlərin spesifikliyini öyrənməkdən ötrü BOK-un prezidenti xüsusi komissiyalar və işçi qrupları təyin edir. Hazırda BOK-da 18 komissiya fəailiyyət göstərir. Bura buraxılış, mədəniyyət, maliyyələşmənin yeni mənbələri, tibbi, Olimpiya həmrəyliyi, Oyunların proqramı, radio və televiziya müştərək komissiyası, mətbuat, kütləvi informasiya vasitələri, idman hamı üçün, filateliya, maliyyə, hüquqi şuralar, eləcə də Olimpiya oyunlarının öyrənilməsi və ona hazırlıq işinin qiymətləndirilməsi, Beynəlxalq Olimpiya Akademiyası, Olimpiya Hərəkatı, İdmançı Komissiyası və Olimpiya ordeninin təqdimetmə şuraları daxildir.
Burada fəaliyyət göstərən komissiyalardan biri də Olimpiya həmrəyliyi komissiyasıdır. Həmin təşkilat MOK-a kömək məqsədi ilə nəzərdə tutulmuş "Olimpiya həmrəyliyi” fonduna rəhbərlik edir.
1981-ci ildə Baden-Badendə keçirilən XI Olimpiya konqressində yaranan İdmançılar Komissiyası mühüm işlər görür. Komissiyanın əsas vəzifəsi idmanın hərtərəfli inkişqafı və eləcə də Milli olimpiya komitələri və idmançılar arasında sıx əməkdaşlıq yaratmaqdır.
BOK-un cari işlərini 80 işçini özündə birləşdirən katiblik yerinə yetirir. 80 işçidən 60-ı ştab-qərargahda, 20-si isə Olimpiya muzeyində çalışır.

Olimpiya konqresləri

Olimpiya xartiyasına əsaslanan Olimpiya konqressləri bir qayda olaraq BOK və onun prezidentinin qərarı ilə 8 ildə bir dəfə keçirilir. Konqresslərin fəaliyyəti məsləhət xarakterlidir.
Müasir Olimpiya Hərəkatının 100 illik tarixi dövründə 12 konqress keçirilmişdir. BOK-un ilk təsis konqressi 1894-cü ildə Paris şəhərində keçirilmişdir. Bunun ardınca Olimpiya konqressləri 1897-ci ildə (Havr), 1905-ci ildə (Brüssel), 1906-cı ildə (Paris), 1913-cü ildə (Lozanna), 1914-cü ildə (Paris), 1921-ci ildə (Lozanna), 1925-ci ildə (Praqa), 1930-cu ildə (Berlin), 1973-cü ildə (Varna), 1981-ci ildə (Baden-Baden), 1994-cü (Paris) illərdə baş tutmuşdur. Maraqlıdır, konqresslərin keçirilmə sistemində qeyri-müntəzəmlik diqqət çəkir. İlk natamam dörd onillik ərzində 9, son 64 ildə isə cəmi 3 konqress çağrılmışdır.
Olimpiya konqressləri iştirakçıların sayı, həm də burada müzakirə olunan məsələlərin mahiyyətinə görə bir-birindən fərqlənir. İlk konqress (1894) Olimpiya oyunlarının müasir əsaslar üzrə təşkili, BOK-un idarəsi və həvəskar-idmançı məsələlərinə həsr olunmuşdu. Paris konqressinin işində 13 ölkədən 200 nəfər iştirak edirdi.
Axırıncı XII Olimpiya konqresi (1994-ci il, Paris) müasir olimpiya hərəkatının 100 illiyi şərəfinə həsr olunmuşdu.
Konqressin işində əsasən, dörd əsas məsələ müzakirə olunurdu.

Müasir cəmiyyətdə Olimpiya Hərəkatının rolu (olimpizm və onun etikası, Olimpiya Hərəkatının strukturu, idman və ətraf mühit, Olimpiya oyunlarının gələcək inkişafı və proqramı, olimpiya hərəkatı və beynəlxalq qarşılıqlı anlaşma vəs.)
Müasir idmançı (idmançının formalaşması, onun cəmiyyətdə yeri və rolu, yüksək idmanının təşkili, idman elmi və müasir məşq prossesi, idmançı üçün potensial təhlükə vəs.)
İdman sosial kontekstdə (idman və siyasət, idman və iqtisaliyyat, inkişaf etmiş ölkələrdə idman, idman hamı üçün və s.)
İdman və kütləvi informasiya vasitələri (Olimpiya hərəkatında kütləvi informasiya vasitələrinin rolu, idmanın kütləvi informasiya vasitələrinə təsiri, idman, televiziya və digər informasiya vastələri arasında qarşılıqlı əlaqənin inkişafı və s)


Milli Olimpiya Komitələri (MOK) və onların fəaliyyətinin əsasları


Ölkədə Olimpiya Hərəkatının rəhbər orqanı olan Milli Olimpiya Komitələri (MOK) Beynəlxalq İdman Federasiyaları (BİF) ilə birlikdə beynəlxalq Olimpiya sistemində vacib strukturlardan biridir. MOK-lar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsdiq olunurlar. Təsdiq olunmamış MOK-lar idmançılarını Olimpiya oyunlarına göndərə bilməzlər.
Olimpiya Xartiyasında qeyd olunduğu kimi MOK-ların missiyası öz ölkələrində Olimpiya hərəkatının inkişafı və müdafiəsindən ibarətdir. MOK-un vəzifələri milli səviyyədə və idman fəaliiyyəti çərçivəsində olimpizmin əsas prinsipləri və bu işə yardım təbliğatı ilə yanaşı, məktəb və ali təhsil müəssisələrinin bədən tərbiyə və idman üzrə təhsil proqramlarında olimpizmin genişlənməsinə xidmət edirlər.
MOK-ların vəzifəsi öz ölkələrində Olimpiya Xartiyasının qaydalarına- idmanın yüksək səviyyədə inkişafı, onun təbliği; idman kadrlarının hazırlanmasına kömək göstərmək və bu məqsədlə kursların təşkil olunması və həmin kurslarda olimpizmin əsas prinsiplərinə əməl edildiyinə nail olmaq; idmanda hər hansı hüquq pozuntularına və zorakılığa, eləcə də BOK və ya BİF tərəfindən qadağan edilmiş preparat və proseduraların işlənməsinə qarşı mübarizə aparmaq; - riayət etməkdən ibarətdir.
MOK-lar ölkələrinin Olimpiya oyunlarında, eləcə də, BOK-un rəhbərliyi altında keçirilən regional və kontinental və ya ümümdünya kompleks idman yarışlarında təmsil olunmasında istisna hüquqlara malikdir. Onlar həm də, öz ölkələrində Olimpiya oyunlarının keçiriləcəyi şəhərin seçilməsində azaddırlar.
MOK-lar öz muxtariyyətini qorumalı, Olimpiya Xartiyasının tələblərinə zidd olan siyasi, dini və iqtisadi təzyiqlərə qarşı mübarizə aparmaladır. Onlar Olimpiya Xartiyasının qanun və qaydalarına zidd olan heç bir fəailiyyətə qoşula bilməz. Əgər bu barədə pozuntu halları baş verərsə, Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Hərəkatından xaric etmək və ya təsdiq hüququndan məhrum etmək barədə ölçü götürmək və müvafiq sanksiyalar qəbul etmək hüququna malikdir.
MOK-un tərkibinə həmin ölkənin BOK-dan olan üzvləri (əgər belələri varsa), idmanın Olimpiya növləri üzrə milli federasiyaların nümayəndələri (minimum 5 milli federasiyadan), Olimpiya oyunlarının idman iştirakçıları (idmanı tərk edən və hal-hazırda fəailiyyət göstərənlər) daxildir.
Hökümət və digər ictimai orqanlar MOK-un üzvlərini təyin edə bilməz. MOK-lara adların verilməsi onun ərazi sərhədlərinə, ölkənin ənələrinə uyğun gəlməli və BOK tərəfindən təsdiq olunmalılır.
MOK idmanın hər növündən yalnız bir milli federasiyaya malik olmalı və bu federasiya BOK tərfindən qəbul edilmiş BİF-a daxil olmalıdır.
MOK vacib vəzifələrindən biri də nümayəndiliyin təşkili və Olimpiya oyunlarında BOK-un rəhbərliyi altında keçirilən regional, kontinental və ümumdünya yarışlarında onlara rəhğərlik işini təmin etməkdən ibarətdir. MOK federasiyaların bildirişini, iştirakçıların idman nailiyyətlərini və eləcə də hər bir idmançının ölkəsində nüsunəvi fəalilyyətini nəzərə alaraq iştirakçıların nümayəndəliyə seçilmə işini həyta keçirir və onların təchizat, gediş, yerləşdirilmə və sığorta məsələrini də həll edir.
BOK Milli olimpiya komitələrinə olimpiya hərəkatının populyarlaşması məqsədi ilə olimpiya günü və ya həftəsini təşkil etməyi tövsiyə edir.

1994-cü ilin yanvarın 1-ə olan hesablamalara görə BOK tərəfindən indiyədək 195 MOK-ı təsdiq edilmişdir. İkinci dünya müharibəsindən sonra MOK-ların sayının materiklər və ölkələr üzrə artımı aşağıdakı cədvəldə verilmişdir.


Materik MOK-ların sayı
1947 1979 1990 1994

Avropa 25 33 33 47

Asiya 6 29 39 44

Amerika 14 35 35 42

Afrika 3 39 44 51

Avstraliya 2 4 10 11
Okeaniya
Cəmi: 50 140 161 195

Milli Olimpiya Komitələrini bir araya toplayan və onların işinə nəzarət edən Milli Olimpiya Komitələri Assosiyası (ANOK) 1968-ci lidə yaradılıb. Bu təşkilatın yaranmasına BOK və MOK-lar arasındakı əlaqələr birtərəfli xarakter daşıyırdı. ANOK-un fəailiyyət istiqamətləri aşağıdakılardır:
Beynəlxalq Olimpiya Komitəsi və MOK-lar arasında sıx əməkdaşlığı təmin etmək, qabaqcıl iş təcrübəsini və məlumatları yaymaq, Olimpiya hərəkatının genişlənməsinə yönəlmiş layihə və təkliflərin işlənməsi və onların BOK-a qəbul edilməsi, ölkənin idman hərəkatında MOK-ların rolunun güclənməsi, təşktlatı məsələlər, ixtisaslı və peşəkar kadrların hazırlanması, idman komplekslərinin tikintisi və digər məsələlərdə geniş və hərtərəfli texniki yardım.
Afrika Milli Olimpiya Akademiyası Assosiyası (ANOKA), Asiya Olimpiya Şurası (OKA), Pan-Amerika İdman Təşkilatı (ODEPA), Avropa Milli Olimpiya Komitələri Assosiyası (AENOK), Okeaniya Milli Olimpiya təşkilatı (ONOK) belə təşkilatlardandır. Bu təşkilatların əsas vəzifəsi dünyanın müxtəlif kontinent və regionlarında Olimpiya idmanını inkişafını təmin etməyə xidmət edir.

BOK-un rəhbər orqanlarının strukturu

Beynəlxalq İdman Federasiyaları (BİF) və fəailiyyətinin əsasları
Olimpiya Xartiyasına müvafiq olaraq Beynəlxalq Olimpiya Komitəsi Olimpiya hərəkatına kömək məqsədi ilə ümumdünya səviyyəsində idmanının bir və ya bir neçə növlərinə rəhbərlik edən, eləcə də tərkibində həmin növlər üzrə rəhbərliyi milli səviyyədə həyata keçirən təşkilatlar da daxil olmaqla, beynəlxalq qeyri-dövlət təşkilatlarını beynəlxalq idman federasiyası (BİF) kimi qəbul edə bilər. BİF-lər sərbəst və müstəqil fəaliyyətə malikdir.
Maraqlıdır, idmanın Olimpiya növləri üzrə bəzi beynəlxalq federasiyalar BOK yaranmamışdan əvvəl fəailiyyət göstəriblər. XX əsrin əvvəllərində keçirilən beynəlxalq idman tədbirləri yarış reqlamentini reallaşdıran vahid qayda və normaların mövcudluğunu ölkələrarası beynəlxalq idman əlaqələrinin inkişafında mühüm amil olduğunu bir daha sübut etdi. Bu səbəb müxtəlif idman növləri üzrə beynəlxalq idman birliklərinin yaranmasına təkan verdi. Bu işdə ilk qaranquş 1881-ci ildə yaradılmış Beynəlxalq Gimnastika federasiyası oldu.
Beynəlxalq Olimpiya komitəsinin yaranması və Olimpiya oyunlarının müntəzəm keçirilməsi beynəlxalq idman federasiyalarının təşkilini stimullaşdırdı. 1900-1908-ci illər ərzində daha 7 beynəlxalq federasiya yaradıldı. Bunlar Beynəlxalq Velosipedçilər İttifaqı (1900), Beynəlxalq Futbol Federasiyası (1904), Beynəlxalq Avtomobil idmanı Federasiyası (1904), Beynəlxalq Atıcılıq İdman İttifaqı (1907) və digəriləri idi.
İdmanının ayrı-ayrı növləri üzrə keçirilən dünya və Avropa çempionatları tədricən vahid qayda və şərtlərə əsaslanan beynəlxalq idman federasiyalarının öhdəsinə keçdi. 1891-ci ildə Hamburq şəhərində fiqurlu konkisürmə üzrə keçirilən Avropa birinciliyi uğrunda yarışların təşkili uğurla başa çatdı. 1892-ci ildə Vyanada sürətli konki yarışları üzrə Avropa, 1893-cü ildə isə Amsterdam şəhərində idmanın həmin növü üzrə dünya birinciliyi keçirildi. Beynəlxalq Gimnastika federasiyası 1903-cü ildə dünya birinciliyi uğrunda yüksək səviyyədə çempionatın keçirilməsinə nail oldu.
Əvvəllər beynəlxalq idman federasiyaları Olimpiya oyunlarının təşkili, yarışların proqramı, qaydalar və münsiflər kollegiyasının işinda iştirak etmirdilər. Bu məsələlərin həlli üçün məsuliyyət Olimpiya oyunlarını həyata keçirən ölkələrin idman təşkilatlarının üzərinə düşürdu. Lakin 1908-ci ildə Londonda keçirilən IV Olimpiya Oyunlarında ABŞ və İngiltərə nümayəndələri arasında yaranan fikir ayrılığından sonra, BOK-un üzvlərinin əksəriyyəti milli idman qurumlarını Olimpiya oyunlarının proqramı və iştirakçıların seçilməsi ilə bağlı səlahiyyətlərdən azad etmək barədə razılığa gəldilər. BOK 1914-ci ildə Paris şəhərində Olimpiya oyunlarının proqramına daxil olan müvafiq idman növləri üzrə nəzarət hüququnun idman federasiyalarına verilməsi barədə qərar qəbul etdi. Hazırda dünyada fəaliyyət göstərən 80-ə yaxın BİF-dən 31-i Olimpiya idmanı federasiyalarıdır.

93237 oxunub

InvestAZ