SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

3x3 basketbol millimiz Varşavada mübarizəyə başlayır

3x3 basketbol millimiz Varşavada mübarizəyə başlayır

İdman

Bugün, 10:50

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün ilk matçlarını keçirəcək.

Olimpiyadunyasi.com xəbər verir ki, A qrupunda mübarizə aparan komanda əvvəlcə Madaqaskar millisi ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə 19:05-də start götürəcək.

Yığma növbəti görüşünü Niderlanda qarşı keçirəcək. Bu matç isə 22:20-də başlayacaq.

Qeyd edək ki, Dünya Kuboku iyunun 7-də yekunlaşacaq.

Dİgər xəbərlər