XƏBƏR LENTİ
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



Çingiz Hüseynzadə: “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının iki ildən bir keçirilməsi planlaşdırılır” - MÜSAHİBƏ
İdman 16:35 / 05.12.2023
"MOK-un yubileyi ərəfəsində ilk dəfə təşkil olunan festival böyük marağa səbəb olub”.
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un inzibati binasında təşkil olunan film festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra televiziya kanallarına müsahibəsində bildirib. O qeyd edib ki, MOK-un yubileyi ərəfəsində ilk dəfə təşkil olunan festival böyük marağa səbəb olub:
"Belə bir festival ilk dəfə iki il əvvəl Milli Olimpiya Komitəsinin yubileyi ərəfəsində həyata keçirilmişdi. Layihə uğurlu alındığına görə qərara gəldik ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalını yenidən təşkil edək. Festivalının iki ildən bir keçirilməsi planlaşdırılır. Bununla bağlı tərəfdaşlarımıza müraciət etmişik. Artıq ilk olaraq "Cüdo klub-2012” İctimai Birliyi ilə müqavilə imzaladıq. Azərbaycan televiziya kanalları və bir sıra tərəfdaşlarla da müqavilələr bağlanacaq. Bu ilin sonunda başlayacaq festivala gələn il yekun vurulacaq”.
21731 oxunub

InvestAZ