SON XƏBƏRLƏR
-
04.11.2026, 14:49
İdmanDakar-2026: Çimərlik güləşi və şosse velosipedi üzrə idmançılarımız Seneqaldadır
-
04.11.2026, 13:36
İdmanBOK prezidenti "Dakar-2026" qayayadırmanma stendini fəth edib
-
04.11.2026, 13:05
İdmanAzərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
-
04.11.2026, 12:57
İdmanFederasiya prezidenti Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
04.11.2026, 10:01
İdmanÇempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"in qonağı olacaq
-
04.11.2026, 01:06
İdmanBaş məşqçi Ruslan Hətəmxanov üzgüçülərimizin Dakar-2026-dakı çıxışlarını dəyərləndirib
-
04.11.2026, 00:35
İdmanMəryəm Cavadova: "Yeniyetmələrin Yay Olimpiya Oyunlarındakı çıxışımı yaxşı təcrübə kimi qiymətləndirirəm"
-
04.11.2026, 00:21
İdmanSüleyman İsmayılzadə Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib
-
03.11.2026, 19:13
İdman"Qərbi Azərbaycanın idman tarixi" monoqrafiyasının təqdimatı olub
-
03.11.2026, 14:39
İdmanDakar-2026: Süleyman İsmayılzadə çıxışını başa vurub
-
03.11.2026, 09:14
İdmanDakar-2026: Bu gün daha bir bayraqdarımız üzgüçülük yarışlarında mübarizəyə başlayır
-
03.11.2026, 04:21
MüsahibəNicat Şıxəlizadə: "İnanıram ki, bu nailiyyət gənclər və böyüklər arasında da davam edəcək"
-
03.11.2026, 03:54
Müsahibəİbrahim Talıbov: "Gələcəkdə əsas hədəfim böyüklər arasında da Olimpiya çempionu olmaqdır"
-
03.11.2026, 03:50
MüsahibəEmin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
-
03.11.2026, 03:39
İdmanYeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
-
02.11.2026, 22:33
Olimpiya oyunlarıDakar-2026: Yaponiya və Rusiya komandaları liderliyi bölüşür - MEDAL SİYAHISI
-
02.11.2026, 19:06
İdmanXankəndidə cüdo seminarı keçirilib
-
02.11.2026, 18:53
İdmanXankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
02.11.2026, 18:21
İdmanAzərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
02.11.2026, 17:58
Olimpiya oyunlarıYeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdır
-
02.11.2026, 16:58
İdmanAzərbaycanın U-16 voleybol yığmaları Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
02.11.2026, 14:23
İdmanDakar-2026: Azərbaycan üzgüçüsü finala vəsiqə qazana bilmədi
-
02.11.2026, 13:23
İdmanBakıda “Zəfər Kuboku” karate turniri keçirilib
-
02.11.2026, 13:01
İdmanKağız jurnaldan bulud texnologiyasına: AİA-da elektron jurnal reallığı
-
02.11.2026, 12:35
İdmanDeflimpiyaçılarımız Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
02.11.2026, 11:40
İdmanZəka sahiblərimiz Avropa çempionatında iştirak edəcəklər
-
02.11.2026, 11:22
İdmanAtçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
02.11.2026, 11:01
İdmanAzərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
02.11.2026, 09:11
Olimpiya oyunlarıDakar-2026: Bayraqdarımız bu gün üzgüçülük yarışlarında mübarizəyə başlayır
-
02.11.2026, 00:50
Olimpiya oyunlarıİbrahim Talıbov: “Çox sevinirəm ki, Vətənə medalla qayıdıram”
-
01.11.2026, 22:28
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandası ikinci pillədə qərarlaşır - MEDAL SİYAHISI
-
01.11.2026, 21:24
MüsahibəEmin İskəndərov: “İbrahim verdiyi sözə əməl etdi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu”
-
01.11.2026, 20:14
İdmanAzərbaycan komandası Dakar-2026-da ilk qızıl medalını qazandı
-
01.11.2026, 18:28
İdmanGüləşçimiz dünya çempionatında bürünc medal qazandı
Çingiz Hüseynzadə: “Təhlükəsiz idmanla bağlı bütün problemlər daha operativ şəkildə araşdırılacaq”
Müsahibə
05.06.2026, 16:20
“Federasiyalarımızın yalnız bir neçəsində təhlükəsiz idman üzrə mütəxəssislər fəaliyyət göstərir. Digər federasiyalarda isə belə kadrlar yoxdur. Buna görə də onların hazırlanması istiqamətində xüsusi təlim proqramı həyata keçirdik”.
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramının yekunları ilə bağlı MOK-da keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Çingiz Hüseynzadə bildirib ki, son illər dünya idmanında təhlükəsiz idman məsələləri xüsusi aktuallıq qazanıb və bu istiqamətdə Milli Olimpiya Komitəsi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
“Dünya idmanında son illər təhlükəsiz idman məsələləri xüsusi aktuallıq qazanıb. Milli Olimpiya Komitəsi də bu istiqamətdə ardıcıl fəaliyyət göstərir və son üç il ərzində beynəlxalq mütəxəssislərin iştirakı ilə bir sıra forumlar təşkil edib. Budəfəki tədbirimizin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən Olimpiya idman növləri üzrə federasiyaları təhlükəsiz idman prosesinə daha fəal cəlb etmək və həmin qurumlarda bu sahə üzrə mütəxəssislərin hazırlanmasına dəstək vermək olub. Təlim iştirakçıları sertifikatlarla təltif olundular. İnanırıq ki, onlar gələcəkdə bilik və bacarıqlarını daha da artıraraq öz federasiyalarında idmanın təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə töhfə verəcəklər”, - deyə Çingiz Hüseynzadə bildirib.
MOK rəsmisi qeyd edib ki, federasiyalara dəstək məqsədilə MOK-un nəzdində xüsusi işçi qrupu yaradılıb. “İşçi qrupunun tərkibində Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Atletlər Komissiyasının sədri Fəridə Əzizova və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri yer alıb. Bu qrup federasiyalarda yarana biləcək problemlərin həllinə köməklik göstərəcək. Hesab edirəm ki, bu mexanizm sayəsində təhlükəsiz idmanla bağlı hər hansı məsələni gizlətmək mümkün olmayacaq və bütün problemlər daha operativ şəkildə araşdırılacaq”, - deyə Çingiz Hüseynzadə qeyd edib.