XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Millimiz Bakıda İordaniyaya qalib gəldi
İdman 09:41 / 13.09.2023

Futbol üzrə Azərbaycan millisi Bakıda İordaniya yığması ilə qarşılaşıb. "Dalğa Arena”da keçirilən oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 45+1-ci dəqiqədə açılıb. Komandamızın üzvü Emin Mahmudov rəqib qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin İordaniya millisi matçın 57-ci dəqiqəsində hesabdakı tarazlığı bərpa edib. Nizar Əl Raşdan dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Matçın 79-cu dəqiqəsində isə komandamız qələbə topunu vurmağa müvəffəq olub. Renat Dadaşov dəqiq zərbə ilə fərqlənib.

Qeyd edək ki, daha əvvəl iki dəfə Asiya təmsilçisi ilə üz-üzə gələn millimiz bu oyunların heç birində uduzmayıb. Komandamız həmin oyunların birində heç-heçə edib, digərində isə qələbə qazanıb.




20821 oxunub

InvestAZ