XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Holann 94 illik rekordu qırdı
İdman 12:28 / 15.03.2023

Erlinq Holann İngiltərənin "Mançester Siti" klubunda 94 illik qol rekordunu qırıb. 23 yaşlı hücumçu buna Almaniya "Leyptsiq"inə 7:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında penta-trik etməklə nail olub.

Qollarının sayını 39-a çatdıran norveçli forvard "şəhərlilər"in heyətində bir mövsümdə ən çox fərqlənən futbolçu adına sahib çıxıb.

Holann 1928/1929 mövsümündə 38 dəfə rəqib qapılarına yol tapan Tommi Consonu geridə qoyub.

Qeyd edək ki, Erlinq Holann mövsümün əvvəlindən "Mançester Siti"də çıxış edir.


21922 oxunub

InvestAZ