XƏBƏR LENTİ
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Ədalət təmsilçimiz Çempionlar Liqasının oyununa təyinat alıb
İdman 13:49 / 14.03.2023

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb. Referi Türkiyə klubu "Vakıfbank”la İtaliya təmsilçisi "Vero Volley” arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.

Görüş martın 15-də İstanbulun "Vakıfbank Sport Salonu”nda təşkil olunacaq.

Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.


21676 oxunub

InvestAZ